Azərbaycan klubunda şok ayrılıq Ukrayna nəhəngi ilə anlaşdı
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Zirə"də şok ayrılıq yaşanıb.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək Bakı klubun lideri Salifu Suma Azərbaycanı tərk edib.
Buna səbəb ölkə xaricindən aldığı təkliflər olub. Sumanın xidmətində Rusiya, Türkiyə, Ukrayna klublarının maraqlı olduğunu həftələr öncədən yazmışdıq.
21 yaşlı gənc artıq öz seçimini də edib. Onun karyerasını Kiyev "Dinamo"sunda davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.
Ukrayna nəhəngi bu ilin yanvar ayında "Zirə"yə rəsmi təklif göndərmişdi. Klublar yarımmüdafiəçinin keçidi üçün bütün detallarda razılıq əldə edib.
Suma 2023-cü ildən "qartallar"ın şərəfini qoruyur. O, "Zirə" formasında meydana çıxdığı 82 görüşdə 18 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















