Azərbaycan klubundan haqqında yazılan şok xəbərə cavab: Cəfəngiyyatdı!
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzi həmkarlarımız "Şəki"nin taleyi ilə bağlı qorxulu iddia ortaya atıb.
Belə ki, bölgə təmsilçisi 2-ci liqada mübarizəni dayandıra bilər. Səbəb isə sponsorun kluba maliyyə ayırmaqdan imtina etməsidi. Guya başqa ölkədə çalışan, adı açıqlanmayan iş adamı "Şəki" ilə əlaqələri kəsib. Nəticədə klubun məşqçi və futbolçulara böyük miqdarda borcu yaranıb.
Bu məsələyə aydınlıq gətirmək üçün klubun icraçı direktoru Elgün Hüseynova müraciət etdik. O, "Football-plus.az"a açıqlamasında qeyd olunanları cəfəngiyyat adlandırdı:
"Düzdü, AFFA İcraiyyə Komitəsinin qərarıyla futboldan 6 ay uzaqlaşdırılmışam. Ancaq klubda başverənlərdən xəbərdaram. Yazılanlar həqiqəti əks etdirmir. Bəli, maaşların gecikməsiylə bağlı kiçik problemlər var. Bu böyüdüləcək məsələ deyil. Ən qısa zamanda həll olunacaq. Klubun 2-ci liqada mübarizəni dayandırması, ümumiyyətlə, gündəmdə deyil".
KƏNAN BAHADIR
Baxış sayı:64
Bu xəbər 22 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















