Azərbaycan klubunun baş məşqçisi istefasının səbəblərini açıqlayıb
Azərbaycanın I Liqasında çıxış edən “Hypers Guba” klubunun sabiq baş məşqçisi Zaur Hidayətov postundan istefa verməsinin səbəblərini açqılayıb.
Mütəxəssis bu barədə “Report”a danışıb.
O, qərarının səbəblərini rəhbərliklə fikir ayrılıqlarının olması ilə izah edib:
“Son oyundan sonra rəhbərlikdən bəzi istəklərim oldu, klubun idman direktoruna da fikirlərimi çatdırdım. Amma razılaşmadılar və bundan sonra klubda qalmağımın mənası olmazdı. Fikir ayrılıqları yaranırdı. Rəhbərliklə danışdıq, normal şəkildə ayrılmaq qərarına gəldik. Hələ ki, başqa klubdan dəvət gəlməyib. Yəqin ki, yanvarda olacaq”.
Qeyd edək ki, Z.Hidayətov komandanı baş məşqçi kimi cəmi bir - XI turda “Dinamo” ilə oyuna çıxarıb.
Baxış sayı:67
Mənbə:https://report.az
abunə olun
ayrılmaq qərarına
ayrılıqları yaranırdı
azərbaycanın liqasında
açqılayıb mütəxəssis
baş məşqçi
baş məşqçisi
danışdıq normal
danışıb qərarının