Icma.az
close
up
RU
Azərbaycan klubunun legionerindən UEFA və FİFA ya şok şikayət

Azərbaycan klubunun legionerindən UEFA və FİFA ya şok şikayət

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Difai"nin kamerunlu hücumçusu Kristian Kamta UEFA və FİFA-ya şikayət məktubu göndərib.

Bu barədə QOL.az saytına afrikalı forvardın özü açıqlama verib.

O, çıxış etdiyi 1-ci liqada irqçiliyə məruz qaldığını bildirib. Kamta hakimlərin ayrı-seçkilik hallarına yol verməsindən şikayətlənib:

"Mən Kamerun vətəndaşıyam. 2 ildir Azərbaycanda legioner həyatı yaşayıram. 1-ci liqada çıxış edən "Difai"nin şərəfini qoruyuram. Azərbaycandan öncə də legioner həyatı yaşamışam. Legioner olmaq çətindir. Çünki öz öyrəşdiyin həyatı buraxıb, tanımadığın ölkəyə, insanların arasına düşürsən. Getdiyin ölkənin qanunlarını öyrənməli, onlara riayət etməlisən. İstənilən ölkədən təklif alarkən, təqdim olunan pula yox, həmin ölkədəki vəziyyətə baxıb qiymət verirsən. Həmin ölkədə qanunların işlək olması, insan hüquqlarının qorunması əsas amildir.

Azərbaycandan təklif alanda da bu məsələləri araşdırdım. "Qarabağ" tanınmış klubdur. Orada oynayan və oynamış tanışlarım, ortaq yoldaşlarım vasitəsilə məlumat aldım. Azərbaycanda dinindən, dilindən, sosial vəziyyətindən, cinsindən, irqindən aslı olmayaraq, hamının qanun qarşısında bərabər olması, sizin cəsarətli Prezidentinizin olması məndə və ailəmdə etibarlıq hissi oyatdı. Gəldiyim klubun tarixi ad daşıması, burada oynayan və çalışan insanların müharibədən sonra idmana gəlməsi məni valeh etdi. Çünkü dünya tarixində belə bir klub yoxdur. Lakin son vaxtlar oyunlarda şəxsimə qarşı göstərilən münasibət məni çox narahat edir".

O, "Mingəçevir"lə son oyunda başına gələn hadisələrdən danışıb və narazılığını ifadə edib: "Mingəçevir" ilə oyunda rəqib futbolçunun öz cərimə meydançasında, baş hakim Əli Əliyevin gözü qabağında mənim ağzıma yumruq vurması, referinin buna etinasız qalması, iradımı bildirdikdə isə mənə sarı vərəqə göstərməsi və Azərbaycan dilində başa düşmədiyim, lakin intonasiyasından heç də yaxşı bir şey olmadığını söyləməsi anlaşılan deyil. Oyundan sonra öyrəndim ki, həmin baş hakim rəqib komandanın baş məşqçsinin tələbəsi olub.

24 aprel 2025-ci il tarixində keçirilən matçda isə həyatımda görmədiyim zərbə, təzyiq və haqsızlıqlara məruz qaldım. Dəfələrlə başımdan, boynumdan, ayağımdan, belimdən zərbələr alsam da, bütün bunlar hakimlərin gözü qarşısında baş versə də, nədənsə hakimlər susdular. İstər mənə, istərsə də komanda yoldaşım - Nigeriyadan olan Alfa Muhammedə qarşı olunan qayda pozuntuları hakimlər görməzdən gəldilər. Rəqib komandanın oyunçuları bizə qarşı xüsusi amansızlıq göstərir, hakimlər isə susmaqla onlara dəstək verirdilər. Rəqib oyunçuların ən çox mənə və Nigeriyadan olan komanda yoldaşım Mühammed Alfaya qarşı daha qəddarcasına davranması, hakimlərin də buna göz yummasını yalnız irqçilikdən irəli gələn addım kimi qiymətləndirirəm.

Azərbaycanda olduğum iki il müddətində nə klub rəhbərliyi, nə məşqçilər, nə həkim və inzibati heyət, nə də komanda yoldaşlarım tərəfindən mənə qarşı ayrı-seçkiliyə yol verib. AFFA-nın tələbi ilə bu mövzuda komanda daxilində seminarlar keçirilib. Mən bilmək istəyirəm ki, rəqib komandaya, hakimlərə belə seminarlar keçirilib, ya yox? Bilmək istəyirəm, əgər mənim dərimin rəngi ağ olsa idi, hakimlər üzümə, boynuma, ayağıma, belimə vurulan zərbələrə görə cərimə təyin edib, qarşı komanda üzvünə qırmızı vərəqə göstərəcəkdimi?"

Kamta qeyd edib ki, bu hadisələr onun ailəsində də qorxu hissi yaradıb: "Mən legioner həyatı yaşayıram. Ailəm, dostlarım hər zaman mənim oyunlarımı izləyirlər. Bu oyunda baş vermiş qəddarlıq onlarda mənim həyat və sağlamlığım ilə əlaqəli qorxu hissi yaradıb. Onlar mənim dərhal oyunlarımı dayandırıb geri qayıtmağımı istəyirlər. Əgər "Difai"yə gəlməmişdən öncə olmuş olsaydı, mən düşünmədən bu cür edərdim. Heç bir şey insanın həyatı və sağlamlığından üstün deyil. Lakin bu komandada, ölümün üzünə baxmış qəhrəmanların arasında mən də döyüşkən olmağı öyrəndim. Və mən döyüş yolunu seçirəm.

Öz hüquqlarım Azərbaycanda oynayan yüzlərlə və gəlməyi planlaşdıran minlərlə dərisinin rəngi başqa olan futbolçular üçün. Bunu bütün platformalardan istifadə edərək edəcəm. FİFA və UEFA-ya müraciət etmişəm. Əgər "Mingəçevir" ilə oyunda bunu etsəydim, 24 aprel tarixində belə hal olmazdı. Oyundan sonra inspektorun bizim klubun məşqçi və klub rəhbərliyinin iradına “bir epizod”a görə uduzmusuz?” deməsi hakimlərin haradan cəsarət aldığını göstərir. Qaydalar və onlara uyğun olaraq tətbiq olunan cəzalar insanların sağlamlığının qorunması üçündür. Mənim həyatım, sağlamlığım inspektor üçün yalnız “bir epizoddur”? Görünür, hakim-inspektor Ömər Paşayev dərisinin rəngi ondan fərqli olanlara epizod gözü ilə baxır.

Mən oyunların təşkilini həyata keçirən PFL, futbolun inkişafı və qaydalarına riayət olunmasına cavabdeh olan AFFA, Azərbaycanda idman sahəsi üzrə cavabdeh qurum olan Gəncləe və İdman Nazirliyinə, Azərbaycanda yaşayan bütün insanların hüquqlarının qorunmasına cavabdeh və qarant olan Azərbaycan Prezidentinə, FİFA və UEFA-ya haqqlarımın qorunması üçün müraciət edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri