Azərbaycan komandası birinci oldu
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla tamamlayıb.
İlk yarış günündə Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Nizami İmranov (-66 kq) isə turniri bürünc medalla tamamlayıb.
Daha əvvəl yeniyetmələr arasında 2 qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında -66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub.
Qeyd edək ki, Fərid Qarayev (-60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurub.
Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Sentyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















