Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın xaricdəki konsulluqları xaricdə yaşayan vətəndaşların ilkin hərbi qeydiyyatını aparmalıdır, amma bunu etmir.
AzPost bildirir ki, bunu Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan Konsul Nizamnaməsinin 30‑cu maddəsi konsulların üzərinə öhdəlik qoyur ki, xaricdə yaşayan vətəndaşların ilkin hərbi qeydoyyatını aparsın və 18 yaşına çatmış kişiləri Azərbaycan Respublikasında müvafiq orqanlara gəlməyə təşviq etsin.
“Amma təcrübə göstərir ki, konsulluqlar bunu icra etmir və əslində konsullardan bunu tələb edən də yoxdur. Konsulluqlar 18 yaşına çatmamış şəxslərə ilkin hərbi qeydiyyat aparmadan bə onlara ilkin hərbi qeydiyyat vəsiqəsi vermədən onları pasportla təmin edirlər. 18 yaşı tamam olan kişilərə isə bildirirlər ki, hərbi qeydiyyat üçün Azərbaycana getməlisən və ilkin hərbi qeydiyyat vəsiqəsi alandan sonra pasport üçün müraçiət edə bilərsən”.
Ə. Əliyevin sözlərinə görə, ilkin hərbi qeydiyyat üçün ölkəyə qayıdış xaricdə yaşayan vətəndaşın əmək, əmlak və maliyyə vəziyyətinə mənfi təsir göstərir. Bu sahədə vətəndaşın vəziyyətini yüngülləşdirəcək heç bir mexanizm yoxdur və addım atılmır.
“Digər ölkələrin konsulluqları xaricdəki vətəndaşların hərbi qeydiyyatını aktiv və rahat şəkildə aparırlar.
Azərbaycan konsulluqları isə bu sahədə passivdir. Əslində isə bu passivlik isə nə dövlətin, nə də vətəndaşların maraqlarına uyğun deyil”-deyə hüquq müdafiəçisi vurğulayıb.
Paylaş
Baxış sayı:108
Bu xəbər 22 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















