Icma.az
close
up
RU
Azərbaycan Könüllüləri üçün düşərgə təşkil edilib

Azərbaycan Könüllüləri üçün düşərgə təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 sentyabr, AZƏRTAC

Avqustun 31-dən sentyabrın 3-dək Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Go Camp Volunteers” proqramı çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hüquq və Dövlət” Könüllülər Düşərgəsi həyata keçirilib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildirilib ki, düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan Könüllüləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Dörd gün davam edən düşərgə çərçivəsində könüllü gənclər üçün müxtəlif mövzular üzrə təlim və panel görüşlər təşkil olunub. Düşərgə iştirakçıları “Hüquq sistemində gənclərin rolu”, “Kütlə qarşısında çıxış və təqdimat bacarıqları” və “İnandırma və manipulyasiya texnikaları” mövzularında interaktiv çıxışlar və müzakirələrdə fəal iştirak ediblər. Bu sessiyalar gənclərin həm hüquqi biliklərini genişləndirmək, həm də şəxsi inkişaf bacarıqlarını gücləndirmək baxımından əhəmiyyətli rol oynayıb. Bununla yanaşı, düşərgənin proqramında asudə vaxtın səmərəli təşkili də diqqət mərkəzində olub. İştirakçılar üçün müxtəlif komanda oyunları, “Suveren” intellektual yarışı, film saatı, eləcə də gənclərin hüquq sistemini yaxından tanıması məqsədilə “Məhkəmə simulyasiyası: Cinayət işi” adlı simulyativ oyunu keçirilib.

Düşərgənin son günü isə yaradıcılıq və birlik ab-havası ilə yadda qalıb. İştirakçılar “İstedadSən” yaradıcılıq yarışmasında öz bacarıqlarını nümayiş etdirib, sonra isə tonqal ətrafında bir araya gələrək düşərgənin son anlarını paylaşma fürsəti əldə ediblər.

“Hüquq və Dövlət” Könüllülər Düşərgəsi Azərbaycan Könüllüləri üçün hüquq və dövlətçilik mövzularında biliklərini artırmaq, ictimai çıxış və komanda işi bacarıqlarını inkişaf etdirmək, yaradıcı potensiallarını üzə çıxarmaq və könüllülük dəyərlərinə bağlılıqlarını gücləndirmək baxımından mühüm bir göstərici olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri