Icma.az
close
up
RU
Azərbaycan Könüllüləri Ulu Öndərin xatirəsini silsilə tədbirlərlə qeyd ediblər

Azərbaycan Könüllüləri Ulu Öndərin xatirəsini silsilə tədbirlərlə qeyd ediblər

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

AKTİ-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Könüllüləri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Ölkənin aparıcı könüllü təşkilatlarında fəaliyyət göstərən könüllülər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı könüllülərə Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında ətraflı məlumat verilib.

Silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Azərbaycan Könüllüləri tərəfindən Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq, Ümummilli Liderin təbiətə, ekologiyaya qayğı ənənələrini yaşatmaq olub.

AKTİ-nin təşkilatçılığı ilə keçirilən “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü Ulu Öndərin zəngin fəaliyyəti və çoxşaxəli irsinə həsr olunub. Proqram çərçivəsində Azərbaycan Könüllüləri Milli Məclisin deputatı Nigar Arpadarai ilə görüşüblər. Görüşdə Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşması, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxladığı vurğulanıb. Qeyd edilib ki, gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edir, onların hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayırdı. Bu gün onun əsasını qoyduğu uğurlu gənclər siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Könüllüləri də bu siyasətin fəal iştirakçıları olaraq, dövlətə və xalqa xidmət prinsiplərinə sadiq qalır, ictimai fəallıqları ilə bu siyasətə töhfə verirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri