Icma.az
close
up
RU
Azərbaycan Kopenhagen Zirvəsində

Azərbaycan Kopenhagen Zirvəsində

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

"Avropa Siyasi Birliyi"nin sayca 7-ci sammitinə Danimarka ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısına qatıldı. Azərbaycan bu platforma təsis ediləndən onun bütün tədbirlərinə dəvət alır. Bu, ölkəmizin və onun liderinin beynəlxalq miqyasda artan nüfuzunun göstəricidir. Bu gün Azərbaycan birmənalı şəkildə regional və qlobal məsələlərdə vacib rol oynayır.

“Avropa Siyasi Birliyi”nin əhəmiyyətindən danışanda ilk növbədə onu vurğulamaq lazımdır ki, bu, Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platformadır. 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılmış təsisatın ilk toplantısı həmin ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib. Praqa sammiti yaddaşlardan silinməyib. Məhz həmin sammitdə Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının o zamankı Prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüş olub. Onu da vurğulayaq ki, məhz Makron Brüssel danışıqlarını pozdu. Görüşdən sonra Makron müsahibəsində Azərbaycanın ünvanına qəbuledilməz ifadələr səsləndirdi, tərəfkeşlik etdi, neytrallığını görüntü xatirinə belə saxlayan bilmədi. Bundan sonra Bakı Fransanın hər hansı bir nümayəndəsinin Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirakına qarşı çıxdı və Qranada sammitində iştirak etmədi.

Bununla belə, Praqa sammitinin müsbət tərəfi o oldu ki, Azərbaycan və Ermənistan liderlərinin görüşündə tərəflər 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etdilər. Eyni zamanda, həmin toplantıda dövlət başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycan, həmçinin vasitəçisiz danışıqlara üstünlük verdi və proseslərin gedişi göstərdi ki, Bakı çox düzgün qərar qəbul edib. Çünki vasitəçilər ilk növbədə öz maraqlarını əsas götürür, neytral qalmağı bacarmır, bununla da nizamlanma prosesini uzadırdılar. 

Məlum olduğu kimi, Albaniyada Avropa Siyasi Birliyinin növbəti sammiti bu ilin may ayında baş tutub. Azərbaycan Prezidentinin bu  sammitdə də iştirakı ölkəmizin xarici siyasətində davamlı uğurlarının və artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür.

Xatırladaq ki, "Avropa Siyasi Birliyi" (ASB) qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. ASB 50-yə yaxın ölkəni əhatə edir, onlardan 27-si Avropa İttifaqına üzv dövlətlərdir, digərləri isə müxtəlif regionları əhatə edir. ASB-nin sammitləri ildə iki dəfə müxtəlif ölkələrdə keçirilir.

Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin sammiti bir sıra diqqətçəkən məqamlarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin sammit çərçivəsində Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. Görüş zamanı Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulandı. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edildi.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, onun Avropanın enerji təhlükəsizliyində roluna toxunub, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu söyləyib, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayb. Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib.

Məlumdur ki, bir müddət əvvəl Aİ-Azərbaycan münasibətlərində gərginlik yaranmışdı. Buna səbəb Aİ-nin əvvəlki rəhbərliyinin ölkəmizə münasibətdə sərgilədiyi ədalətsiz və haqsız yanaşma idi. Aİ-də bəzi qruplar ölkəmizə qarşı çıxırdı. Lakin Azərbaycanın balanslı və əsaslandırılmış yanaşması göstərdi ki, regionda sabitlik yalnız balanslı yanaşma, ərazi bütövlüyü və bütün tərəflərin suverenliyinə hörmət əsasında mümkündür. Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Aİ də Azərbaycanın əhəmiyyətini, onun Cənubi Qafqazın əsas gücü olduğunu yaxşı anlayırlar, ölkəmizlə Azərbaycanla münasibətləri gərginləşdirməyin onlar üçün faydlı olmadığının fərqində idilər. Sammit göstərdi ki, Avropa liderləri Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqları qəbul edir və bu reallıqlardan irəli gələn imkanlara əhəmiyyət verirlər. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər tamamilə bərpa olunub və normal məcradadır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın bu yaxınlarda Azərbaycana səfəri, Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta arasında telefon danışığı, o cümlədən Azərbaycan Prezidentinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və və Koşta ilə görüşü qurumun Azərbaycanla münasibətlər inkişafına böyük önəm verdiyini aydın şəkildə göstərir.

Bu günlərdə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos Azərbaycanda səfərdə oldu. O, Prezidentin qəbulunda olarkən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Avropa İttifaqının regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcəyini söyləyib. Komissar Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb.

Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini anlayır, bir sıra vacib məsələlərlə bağlı rəsmi Bakının da mövqeyini eşitmək istəyir. Bunu Prezidentə Zirvə toplantılarında olan maraq və diqqət bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin Kopenhagen gündəliyi də kifayət qədər zəngin olub. Dövlət başçısı 7-ci Zirvə görüşündə iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər keçirib. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Eyni zamanda, Azərbaycan lideri Aİ Şurasının Prezidenti Antonio Koşta və AK Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüş keçirib.

Koştanın sosial şəbəkə hesabında paylaşdığı “Biz Azərbaycanı mühüm bir tərəfdaş kimi qiymətləndiririk və əlaqələrimizin möhkəmləndirilməsinə sadiqik. Biz öz Qlobal Keçid strategiyamız vasitəsilə regional nəqliyyat, enerji və rəqəmsallaşmadakı konnektivliyə investisiyalarımıza davam edəcəyik”, fikirləri bir daha Aİ-nin Azərbaycana verdiyi önəmin əksidir.

Onu da bildirək ki, bu, 8 avqust Vaşinqton sammitindən sonra ASB-nin ilk sammitidir. Əvvəlki sammitlərdən fərqli olaraq, tərəflər bu sammitdə sülh əldə edib, sülh sazişini paraflayıb və Prezident Trampın da imzası ilə Birgə Bəyannamə imzalayıblar. Avqustdan bu yana verilən mesajlar, bəyanatlar sülhə sadiqliyi nümayiş etdirir. İlham Əliyev və Paşinyan da görüşdə Vaşinqton Bəyannaməsinin icrasını müzakirə ediblər, sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Bir məqamı da vurğulayaq ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bir müddət əvvəl bildirib. Ermənistan isə 2026-cı ildə bu sammitə ev sahibliyi edəcək.

Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərin keçirilməsində bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyiblər. Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bununla bağlı paylaşım edərək, Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıb və Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini bildirib.

Azərbaycanın növbəti beynəlxalq bir tədbirə ev sahibliyi etməsi əlbəttə ki, ilk növbədə ölkəmizin dünyada artan nüfuzunu, eyni zamanda, Avropa ölkələri ilə münasibətlərinin inkişaf tendensiyasını göstərir. Azərbaycanın Avropa Siyasi Birliyində təmsil olunan 50-yə yaxın dövlətdən 16-sı ilə strateji tərəfdaşlıq münasibətləri var ki, onlardan da 10-u Avropa İttifaqının üzvüdür. Azərbaycana beynəlxalq miqyasda olan maraq bir daha sübut edir ki, ölkəmizin qlobal güc mərkəzləri ilə strateji tərəfdaşlığı güclənir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see542

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see373

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see355

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see328

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see315

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see269

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see256

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see252

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see250

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see249

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see246

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see240

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see238

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see226

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see206

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see205

Call of Duty oyununun mərhum yaradıcısına məxsus nadir Pagani hərraca çıxarılır

23 İyul 2026 16:22see201

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see188

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see175

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri