Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

AZƏRBAYCAN KREMLİN DİKTƏSİNİ RƏDD EDİR... “Rusiya rəhbərliyi unudur ki...”

AZƏRBAYCAN KREMLİN DİKTƏSİNİ RƏDD EDİR... “Rusiya rəhbərliyi unudur ki...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Müstəqil dövlətçiliyin qorunması xalqın ümumi iradəsinə çevrilib”

ABŞ-da yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus Rusiya KİV-lərində Azərbaycan əleyhinə başlanan son kampaniyaya münasibət bildirib. Siyasi ekspert bu hücumların Prezident İlham Əliyevin 9 May – Qələbə Günü tədbirləri üçün Moskvaya getməməsindən sonra başladığını qeyd edir və bunu Kremlin ideoloji yanaşmasının bariz nümunəsi kimi qiymətləndirir.

Ramiz Yunus bildirir ki, Prezident İlham Əliyevin 9 May tədbirlərində iştirakdan imtina etməsindən sonra, sanki komanda ilə Rusiya mediasında Azərbaycana qarşı növbəti isteriya başladı. 

Onun fikrincə, bu kampaniyada yalnız tarixi faktların təhrifinə deyil, həm də Azərbaycanın müstəqil xarici siyasətinə açıq hədə-qorxulara yer verilir.

“Rusiya mediasında təkcə Azərbaycan-Rusiya münasibətlərinin son dövrlərinə dair təhriflərə deyil, həm də Azərbaycanın müstəqil siyasətinə birbaşa təzyiqlərə şahid oluruq”, – deyə Yunus vurğulayır.

Siyasi təhlilçi hesab edir ki, Kreml hələ də SSRİ dövrünün ideoloji düşüncə tərzindən çıxa bilməyib: “Kreml ideoloji maşını ilə məşğul olanlar hələ də Sovet İttifaqı paradiqmasında yaşayır. Halbuki bu gün Azərbaycanla diktə dili ilə danışmağın heç bir mənası yoxdur. Bunu yalnız Moskva deyil, Tehran, Brüssel, Paris və Vaşinqton da başa düşməlidir”.

Ramiz Yunus Azərbaycan Prezidentinin Avropada apardığı yüksək səviyyəli diplomatiya ilə bu yanaşmanın artıq keçərli olmadığını vurğulayır: “Prezident İlham Əliyevin Albaniyada Avropa İttifaqı liderləri və Fransa Prezidenti ilə görüşü bunun bariz sübutudur”.

Ramiz Yunus Rusiya ictimai rəyini formalaşdıran dairələrə Azərbaycan xalqının tarixi yaddaşını xatırladır və vurğulayır ki, keçmişdə edilən ədalətsizliklər unudulmayıb: “Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını, 1992-ci ilin Xocalı soyqırımını – rus ordusunun 366-cı alayının erməni silahlılarına verdiyi dəstəklə törədilmiş qətliamı, həmçinin birinci Qarabağ müharibəsində Rusiyanın Ermənistanı necə dəstəklədiyini yaxşı xatırlayır”.

Təhlilçi Putin dövründə Rusiyanın Ermənistana milyardlarla dollarlıq silah göndərməsini və bu silahların bir qisminin tamamilə pulsuz verilməsini də xatırladır: “Putin hakimiyyəti dövründə Ermənistana verilən milyardlarla dollar dəyərində silahlar – həm də pulsuz şəkildə – heç vaxt unudulmayacaq faktlardır”.

Ramiz Yunus bildirir ki, İkinci Qarabağ müharibəsində də Rusiya Ermənistanı tək buraxmayıb: "Azərbaycan xalqı yaxşı bilir ki, 44 günlük müharibə zamanı Rusiya İrandan hava yolu ilə Ermənistana silah göndərirdi. Bu fakt heç vaxt unudulmayacaq”.

O, həmçinin Azərbaycan mülki təyyarəsinin Rusiya raketi ilə vurulmasını və bu məsələdə Moskvanın qeyri-konstruktiv mövqeyini də Rusiyanın imperialist siyasətinin göstəricisi kimi təqdim edir.

Siyasi təhlilçi vurğulayır ki, Kreml həm SSRİ dövründə, həm də müasir dövrdə öz imperiya siyasətini davam etdirir. O, bunu Qarabağ, Abxaziya, Cənubi Osetiya, Pridnestroviye, Gürcüstan və Ukrayna hadisələri ilə əsaslandırır: “SSRİ dövründə Qarabağda, Abxaziyada və Tsxinvalidə necə davranırdılarsa, indi də eyni cür davranırlar. Putinin siyasəti də bu xətti davam etdirir – 2008-ci ildə Gürcüstana qarşı aqressiya, 2014-cü ildə Krımın ilhaqı və Donbasdakı qırğın, və nəhayət, Ukraynaya qarşı tammiqyaslı müharibə”.

Ramiz Yunus bildirir ki, artıq nə Azərbaycan, nə də digər postsovet ölkələri keçmişə qayıtmaq niyyətində deyil. Onun fikrincə, bu gün Azərbaycan cəmiyyəti tam konsolidasiyadadır və müstəqil dövlətçiliyin qorunması xalqın ümumi iradəsinə çevrilib: “Azərbaycan və onun cəmiyyəti tarixdən nəticə çıxarıb. Biz keçmişə qayıdışa heç vaxt imkan verməyəcəyik. Bu gün ölkəmizdə müşahidə olunan güclü ictimai konsolidasiya bunun ən yaxşı göstəricisidir”.

Ramiz Yunus Rusiya rəhbərliyinə və onun informasiya aparatına rus tarixçisi Vasili Klyuçevskinin məşhur fikrini də xatırladır: “Tarix öyrətmir, o, ondan dərs ala bolməərini bilməyənləri cəzalandırır”.

Rasim Əliyev
AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 May 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri