Azərbaycan Kuboku: Dörd komanda növbəti mərhələyə yüksəlib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 2025-2026-cı illər mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə dörd qarşılaşma keçirilib.
“Şəki Siti” “Araz Saatlı”nı, “Dinamo” “Kür-Araz”ı 3:2, “Qaradağ Lökbatan” “Ağdaş”ı 8:0, “Ağstafa Gəncləri”i isə “Şirvan”ı 1:0 hesabı ilə məğlub edərək II raunda vəsiqə qazanıblar.
Qeyd edək ki, bu mərhələnin digər iki oyunu oktyabrın 10-da keçiriləcək.

