Icma.az
close
up
RU
Azərbaycan Laos münasibətləri inkişafdadır ŞƏRH

Azərbaycan Laos münasibətləri inkişafdadır ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Oktyabrın 13-də Bakıda keçirilən görüşlər Azərbaycan ilə Laos arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından diqqət çəkir.

İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və mövcud əməkdaşlıq potensialının reallaşdırılması səfərin əsas istiqamətlərini təşkil edib. Prezident İlham Əliyev bəyanatında Azərbaycanla Laosun beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini və ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi barədə razılığa gəldiklərini vurğulayıb.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Laos arasında siyasi münasibətlər yaxşı səviyyədədir. Bununla yanaşı, iqtisadi əlaqələrin mövcud imkanlara uyğun genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya sahəsində yeni layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər mövcuddur. Bu baxımdan Prezident Thonqlun Sisulitin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin praktiki məzmununun gücləndirilməsinə xidmət edir.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Laos arasında “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib, iki mühüm əməkdaşlıq sənədinin imzalanması və sənədlərin mübadiləsi mərasiminin keçirilməsi olub. İmzalanmış sənədlərin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərin rəsmiləşdirilməsi ilə məhdudlaşmır. Onlar gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi, əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi və əldə edilmiş razılaşmaların konkret layihələrə çevrilməsi üçün imkanlar yaradır.
Prezident İlham Əliyevin mətbuata bəyanatında əminliyini bildirib ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Dövlətimizin başçısı, həmçinin bu gün təkbətək və geniş tərkibdə görüşlərdə bir çox önəmli məsələlərin müzakirə edildiyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. “Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat və logistika imkanları, eləcə də Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin inkişafına verdiyi önəm Laos ilə iqtisadi münasibətlərin gələcək perspektivlərini artırır. Eyni zamanda, Laos ilə əməkdaşlıq Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiya bazarını daha yaxından öyrənmək baxımından əhəmiyyətli imkanlar yarada bilər.
Cənab Prezident iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlığın intensivləşməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini bildirib. Vurğulanıb ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki, milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir.
Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici bazarlara çıxış imkanlarının artırılması istiqamətində həyata keçirdiyi siyasət Laos ilə əməkdaşlıq üçün də yeni perspektivlər açır.
İki dövlət başçılarının görüşlərində humanitar məsələlər də yer almışdır. Bildirilib ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil alıb. Prezident İlham Əliyev təklif etdi ki, bu ənənələr bərpa edilsin. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunub və gələcək illər ərzində daha çox laoslu tələbəni Azərbaycana təhsil almağa gələcəklərinə əminlik bildirilib.
Nəqliyyat və hava əlaqələrinin inkişafı da tərəflərin müzakirə etdiyi məsələlər sırasındadır. Laosun qonşu ölkələrlə dəmi yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər. Qeyd edilib ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması istiqamətində işlər həyata keçirilir. Cənab Prezident hər iki tərəfdə reallaşan bütün layihələrin başa çatdıdan sonra yükdaşımaların da həcminin artacağına ümid etdiyini bildirib. Görüşlər zamanı həm də energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan ilə Laos arasında münasibətlər yalnız ikitərəfli iqtisadi əlaqələrlə məhdudlaşmır. Hər iki ölkə beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə və beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin inkişafına önəm verir.
Görüşdə mina təhlükəsi məsələsi də diqqət mərkəzində olub. Hər iki ölkənin mina probleminin ağır nəticələri ilə üzləşməsi bu sahədə təcrübə və bilik mübadiləsini əhəmiyyətli edir. Humanitar minatəmizləmə, mütəxəssislərin hazırlanması və təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları mövcuddur.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisədir. Səfər zamanı mübadiləsi həyata keçirilmiş “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” və iki sənəd iqtisadiyyat, ticarət, vergitutma və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hüquqi və institusional zəmin yaradır.
Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətində Asiya, xüsusilə də Cənub-Şərqi Asiya istiqamətinin əhəmiyyətini bir daha göstərir. Azərbaycan ilə Laos arasında mövcud dostluq münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi, imzalanmış sənədlərin ardıcıl icrası və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması gələcək tərəfdaşlıq üçün geniş perspektivlər açır.

Aydın Hüseynov, millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Oktyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri