Icma.az
close
up
RU
Azərbaycan Latviya: strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı maraqlar uğurla təmin edilir

Azərbaycan Latviya: strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı maraqlar uğurla təmin edilir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Aprelin 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasında əlaqələrin yalnız siyasi çərçivədə deyil, eyni zamanda iqtisadi, humanitar və təhlükəsizlik sahələrində də inkişaf etdiyini göstərir. Səfər çərçivəsində aparılan geniş müzakirələr və imzalanan sənədlər münasibətlərin daha praktik və nəticəyönümlü mərhələyə keçdiyini təsdiqləyir.
Tərəflər arasında mövcud olan münasibətlərin əsasını doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir. Həmin sənəd iki dövlət arasında əlaqələrin hüquqi və siyasi çərçivəsini formalaşdıraraq əməkdaşlığın uzunmüddətli və sabit inkişafına imkan yaradıb. Bu baza üzərində qurulan əlaqələr müxtəlif sahələrdə ardıcıl şəkildə genişlənməkdədir. Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələrdə həm ikitərəfli gündəlik, həm də beynəlxalq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb. Bu amillər tərəflərin qlobal məsələlərdə oxşar yanaşmalara malik olduğunu və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu göstərir.
Görüşün əsas istiqamətlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsi olub. Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası bu sahədə konkret planların mövcudluğunu ortaya qoyub və gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Burada müzakirə olunan layihələr qarşılıqlı sərmayə axınının artırılmasına, birgə istehsal sahələrinin yaradılmasına və ticarət dövriyyəsinin genişləndirilməsinə xidmət edir.
Bakıda keçirilən biznes-forum isə iqtisadi əməkdaşlığın praktiki mərhələyə keçidini sürətləndirən əsas platforma kimi çıxış edib. Hər iki tərəfdən geniş işgüzar nümayəndə heyətlərinin iştirakı biznes əlaqələrinin inkişafına real marağın olduğunu göstərir. Bu platforma çərçivəsində formalaşan əməkdaşlıq mexanizmləri gələcəkdə konkret müqavilələrin imzalanmasına zəmin yarada bilər. Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür.
İkitərəfli iqtisadi əlaqələrin daha səmərəli təşkili məqsədilə koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə planlar və investisiya imkanları barədə mütəmadi məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Bu yanaşma hər iki ölkənin biznes dairələri üçün daha şəffaf və proqnozlaşdırıla bilən mühit yaradır. Şirkətlərin informasiya əldə etməsi onların fəaliyyətini daha səmərəli planlaşdırmasına və yeni layihələrə daha asan daxil olmasına şərait yaradır. Nəticədə iqtisadi əməkdaşlıq daha sistemli və davamlı xarakter alır.
Müzakirə olunan mühüm istiqamətlərdən biri də birbaşa uçuşların təşkili məsələsidir. Mövcud beynəlxalq şəraitdə aviasiya sektorunda yaranan müəyyən çətinliklər fonunda bu addım strateji əhəmiyyət daşıyır. Birbaşa hava əlaqələrinin qurulması yalnız nəqliyyat sahəsində deyil, həm də turizm, biznes və humanitar əlaqələrin inkişafında mühüm rol oynayacaq. Bu təşəbbüs ölkələr arasında qarşılıqlı səfərləri daha əlçatan və operativ edəcək, eyni zamanda iqtisadi və mədəni mübadilənin intensivləşməsinə şərait yaradacaqdır.
İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də təhsil və humanitar sahədə əməkdaşlıqdır. Latviyada 450-dən artıq tələbənin təhsil alması bu sahədə mövcud əlaqələrin real nəticələr verdiyini göstərir. Bu tələbələr gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacaq insan kapitalının formalaşmasına töhfə verəcəklər. Təhsil proqramlarının genişləndirilməsi, tələbə mübadiləsinin artırılması və birgə elmi layihələrin həyata keçirilməsi qarşılıqlı anlaşmanın dərinləşməsinə və uzunmüddətli humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Görüşdə regional təhlükəsizlik məsələləri də geniş müzakirə olunub. Həmin proses çərçivəsində iqtisadi əlaqələrin bərpası, ticarətin başlanması və müxtəlif səviyyələrdə təmasların qurulması sabitliyin möhkəmlənməsinə xidmət edir. Burada vurğulanan əsas məqam ondan ibarətdir ki, münaqişələrin həlli yalnız hərbi vasitələrlə deyil, məhz siyasi iradə və strateji qərarlar əsasında mümkündür. Bu yanaşma beynəlxalq təcrübədə də mühüm nümunə kimi çıxış edir.
Beləliklə, Latviya Prezidentinin ölkəmizə səfəri ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Siyasi dialoqun intensivliyi, iqtisadi əməkdaşlığın genişlənməsi, humanitar əlaqələrin dərinləşməsi və təhlükəsizlik məsələlərində ortaq yanaşmalar bu tərəfdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir. Səfər çərçivəsində əldə olunan razılaşmalar və aparılan müzakirələr yaxın perspektivdə konkret layihələrin reallaşmasına və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Aprel 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri