“Azərbaycan Latviya tərəfdaşlığı daha yüksək mərhələyə yüksəlir” ŞƏRH
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs-in ölkəmizə rəsmi səfəri və Prezident İlham Əliyev ilə keçirilən görüşlər Azərbaycan–Latviya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər”.
Gununsesi.info bildirir ki, bunu deputat Ceyhun Məmmədov deyib:
“Hesab edirəm ki, bu səfər bir daha göstərdi ki, Azərbaycan artıq Avropa məkanında etibarlı və strateji tərəfdaş kimi qəbul olunur. 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin bu gün real məzmunla zənginləşdirilməsi və əməkdaşlığın konkret sahələr üzrə genişləndirilməsi xüsusi diqqət çəkir. Bu isə münasibətlərin yalnız formal deyil, qarşılıqlı maraqlara əsaslanan möhkəm təməllər üzərində qurulduğunu göstərir.
Eyni zamanda, birbaşa uçuşların təşkili ilə bağlı aparılan müzakirələr ölkələr arasında əlaqələrin daha da intensivləşməsinə xidmət edə bilər. Bu addım həm turizm, həm biznes, həm də humanitar əlaqələrin inkişafına əlavə impuls verəcək mühüm təşəbbüs kimi dəyərləndirilə bilər.
Xüsusilə iqtisadi sahədə səsləndirilən fikirlər onu deməyə əsas verir ki, qarşıdakı dövrdə əməkdaşlıq daha praktik və nəticəyönümlü olacaq. Şuşa şəhərində keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakı şəhərində təşkil olunan biznes forum göstərir ki, tərəflər investisiya, ticarət və birgə istehsal sahələrində real addımlar atmağa hazırdır. Düşünürəm ki, bu istiqamətdə atılacaq addımlar qarşılıqlı iqtisadi faydanın artmasına ciddi töhfə verəcək.
Eyni zamanda, humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması və insanlar arasında təmasların genişlənməsi münasibətlərin daha dərin və davamlı xarakter almasına xidmət edir.
Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Xüsusilə Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı qeyd olunan məqamlar siyasi iradənin və strateji yanaşmanın nə qədər önəmli olduğunu bir daha təsdiqləyir.
Bu baxımdan hesab edirəm ki, aparılan məqsədyönlü siyasət və qarşılıqlı siyasi iradə nəticəsində Azərbaycan–Latviya münasibətləri yaxın gələcəkdə daha yüksək səviyyəyə yüksələcək və bu əməkdaşlıq hər iki ölkənin inkişafına müsbət təsir göstərəcəkdir”.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 24 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















