Azərbaycan lideri almaniyalı həmkarını təbrik ETDİ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.
Redaktor.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verir. Cari ilin iyulunda Almaniyaya səfərim zamanı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələsinin – strateji tərəfdaşlığının əsasını qoydu.
Fəal siyasi dialoqumuz ölkələrimiz arasında iqtisadi-ticari, enerji, nəqliyyat, bağlantılar, sərmayə, humanitar və digər sahələrdə əməkdaşlığa töhfə verərək, eyni zamanda Avrasiya qitəsində də qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində və enerji sektorunda səmərəli işbirliyimizdə böyük rol oynayır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 03 Oktyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















