Icma.az
close
up
RU
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lima, 29 sentyabr, AZƏRTAC

Perunun paytaxtı Limanın Miraflores rayonunda Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisi keçirilib. Sərgidə dünyanın müxtəlif ölkələrinin səfirlikləri, eləcə də təhsil və mədəniyyət mərkəzləri olmaqla, ümumilikdə 39 ölkə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın da təmsil olunduğu sərgidə ölkəmizin zəngin mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri geniş ictimaiyyətə təqdim olunub.

Ümumdünya Turizm Günü çərçivəsində təşkil olunan sərginin açılış mərasimində Miraflores rayonunun bələdiyyə başçısı, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanın stendi sərgi ziyarətçilərinin xüsusi marağına səbəb olub. Ziyarətçilərə Azərbaycanın əsas turizm məkanları, zəngin tarixi və mədəni irsi, o cümlədən Qız qalası, Şuşa qalası və digər mühüm tarixi abidələri barədə məlumat verilib. Eyni zamanda, ölkənin turizm imkanlarını əks etdirən müxtəlif tanıtım materialları təqdim olunub.

Üç gün davam edən sərgini 100 mindən çox insan ziyarət edib. Tədbir Perunun yerli media vasitələrində də geniş işıqlandırılıb.

Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisi Azərbaycanın mədəni irsinin, turizm imkanlarının və milli dəyərlərinin Cənubi Amerika ictimaiyyətinə tanıdılması baxımından əhəmiyyətli tədbirlərdən biri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 03:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri