Icma.az
close
up
RU
Azərbaycan London hava limanının səhmlərinin bir hissəsini alıb

Azərbaycan London hava limanının səhmlərinin bir hissəsini alıb

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu London Qatvik hava limanına 50 milyon funt sterlinq həcmində investisiya edib.

Başqa sözlə, ARDNF London Qatvik hava limanının səhmlərinin bir hissəsini əldə edib. Bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır.

Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.

2019-cu ildə “VINCI Airports” Qatvik hava limanının 50,01%-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir.

Qeyd edilib ki, bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov qeyd edib: “Bu mühüm investisiya layihəsi, davamlı dəyər və strateji əhəmiyyət daşıyan aktivlər üzrə dünyanın aparıcı tərəfdaşları ilə əməkdaşlığa əsaslanan investisiya strategiyamızın bariz nümunəsidir. Qatvik hava limanı Avropanın əsas hava nəqliyyat qovşaqlarından biri olmaqla yanaşı, Fondun qlobal və uzunmüddətli investisiya yanaşmasını əks etdirən etibarlı və perspektivli aktivdir.”

GIP-nin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Ogunlesi bildirib: “Qatvik hava limanı kimi mühüm bir aktiv üzrə ARDNF ilə tərəfdaşlığımızın davam etməsindən məmnunuq. Bu hava limanı həm investorlar, həm də cəmiyyət üçün uzunmüddətli dəyər və davamlı inkişaf təmin edən yüksək keyfiyyətli infrastruktur layihəsidir.”

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri