Icma.az
close
up
RU
Azərbaycan Macarıstan münasibətləri özünün mühüm inkişaf mərhələsini yaşayır ŞƏRH

Azərbaycan Macarıstan münasibətləri özünün mühüm inkişaf mərhələsini yaşayır ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici siyasət prioritetləri qlobal proselərə təsir edən güclərlə yanaşı, regional güc mərkəzləri ilə də möhkəm əməkdaşlıq zərurətini ortaya qoyur. Bu baxımdan, Mərkəzi və Şərqi Avropanın mühüm ölkələrindən biri olan Macarıstanla münasibətlərin dinamikası xüsusi diqqətə layiqdir. Ələlxüsus da, iki dövlət və xalq arasında bir çox oxşarlıqlar, möhkəm tarixi köklər sarsılmaz tərəfdaşlığın daim inkişafını təmin edib. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanın Macarıstanla strateji tərəfdaşlıq kursuna xüsusi önəm verməsi münasibətlərin siyasi keyfiyyətini davamlı olaraq daha da yaxşılaşdırıb. İki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri, habelə siyasi, iqtisadi, humanitar sahələri əhatə edən mühüm sənədlərin imzalanması əməkdaşlığın çoxşaxəli inkişafında yeni mərhələ açıb. Xatırladaq ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Cənab İlham Əliyev ölkə rəhbəri seçildikdən sonra bu münasibətlər daha intensiv şəkildə inkişaf etməyə başlayıb. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri olduqca əhəmiyyətlidir. İki ölkə arasında son dövrlər əlaqələrin daha da sıxlaşması, Liderlər arasındakı dostluq və səmimiyyət sözsüz ki, münasibətlərin xarakterinə də müsbət təsir edir. Azərbaycanla Macarıstan münasibətləri hazırda özünün mühüm inkişaf dövrünü yaşayır. Qarşılıqlı maraqlar üzərində qurulan əlaqələr hər iki ölkənin milli maraqlarının müdafiəsinə xidmət edir. Səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında bir çox prioritet istiqamətlər üzrə mühüm əhəmiyyətli danışıqlar gələcəkdə, bütün sahələrdə qarşılıqlı fayda əsasında daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır. Azərbaycan Prezidentinin Baş nazir Viktor Orban ilə görüşü zamanı səsləndirdikləri fikirlər bir daha ölkələrimiz arasında münasibətlərin müasir dinamizmini və inkişaf istiqamətlərini əks etdirməklə, Şərqi-Avropa ölkələri üçün nümunəvi model olduğunu əks etdirdi. “Biz dost ölkələrik, strateji tərəfdaşıq” deyə bəyan edən Prezident İlham Əliyev bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü, dəyişən dünyada gedən proseslərə rəğmən, münasibətlərin daha da möhkəmləndiyini vurğulamaqla Bakı-Budapeşt münasibətlərinin tarixi ənənəyə, sarsılamz dostluğa söykəndiyini xatırlatdı. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata verdiyi birgə bəyanatlarda da ölkələrimiz arasındakı tarixi bağlardan bir çox istiqamətlərdəki oxşarlıqlardan, son dövrlər münasibətlərin yüksələn xəttlə inkişafından bəhs edilib. Vurğulanıb ki, Azərbaycan II Qarabağ müharibəsi nəticəsində BMT-nin Nizamnaməsinə uyğun olaraq özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev bəyan edib ki, “Biz öz ərazimizdə müharibə aparmışıq. Ermənistanın 30 illik işğalına son qoymuşuq”. Ölkəmizin başçısının da qeyd etdiyi kimi, 44 gün ərzində Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini bərpa edib. Eyni zamanda bu gün Azərbaycanın sülh təşəbbüskarı olduğu da bir daha diqqətə çatdırılıb. Tərəflər suverenlik, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini əsas tutaraq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə özünəməxsus töhfə verirlər. Hazırda Avropa İttifaqına sədrlik edən Macarıstanın bu qurum daxilində Azərbaycanın maraqlarını dəstəkləyən ölkələrdən biri olması respublikamızın Avropaya inteqrasiya səyləri üçün əhəmiyyətli diplomatik dayaq yaradır. Enerji sahəsində uğurlu təmaslar mövcuddur, Azərbaycan enerji diplomatiyasında Macarıstana da yer verib, macar şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında təmsil olunur. Eyni zamanda, Azərbaycan Macarıstanın və Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. “Şahdəniz” qazı TAP kəməri və nəqledici interkonnektorlar vasitəsilə Bolqarıstan və Rumıniyadan Macarıstana və digər Avropa ölkələrinə çatdırılır ki, bu da Macarıstanın Pan-Avropa klubunda strateji əhəmiyyətini gücləndirir. Macarıstan müasir enerji təlatümlərinin yaşandığı çətin şəraitdə Azərbaycanın artan qaz resursları hesabına öz enerji təhlükəsizliyinin sütunlarını daha da möhkəmləndirməyə çalışır, rəsmi Bakının humanist və ədalətli enerji diplomatiyasının yaratdığı sərfəli enerji tarifləri sayəsində rəqabətqabiliyyətli iqtisadiyyat qurmağı hədəfləyir.

Azərbaycan və Macarıstan həm də geniş qeyri-enerji iqtisadi potensiallarına malik dövlətlərdir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində nümunəvi fəaliyyətlər mövcuddur, qarşılıqlı investisiya qoyuluşları hər il artır. Hər iki dövlət regional qeyri-neft layihələrində də əməkdaşlığa fokuslanan iradə nümayiş etdirir. Yeni iqtisadi dövrün yeni imkanlarına uyğun iqtisadi-ticari təmasları artırmağı, daha fəal iqtisadi xəritələr hazırlamağa çalışır. Xəzər küləklərindən Qara dənizin dibi ilə Avropaya uzanan enerji infrastrukturu yalnız texnoloji layihə deyil – bu, regionlar arasında etimadın, qarşılıqlı inamın və siyasi iradənin nəticəsidir. Azərbaycanın enerji ixracı artıq neft və qazla məhdudlaşmır, həm də “yaşıl” enerjiyə keçidi sürətləndirir. İki ölkə arasında ticarət dövriyyəsindəki artım və investisiya təşəbbüsləri göstərir ki, əməkdaşlıq sadəcə dövlətlərarası deyil, həm də biznes mühitləri arasında qurulur. Macarıstan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr, infrastruktur və təhsil obyektlərinin tikintisi, həm də postmünaqişə dövrü diplomatiyasının yeni mərhələsidir. Bu, Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təkcə sözlə deyil, əməli fəaliyyətlə dəstəklədiyini göstərir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri