Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Azərbaycan MDB: Qarşılıqlı inam dərinləşir

Azərbaycan MDB: Qarşılıqlı inam dərinləşir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycanın yaxın və uzaq ölkələrlə sıx əməkdaşlıq qurduğu beynəlxalq platformalardan biri də Müstəqil Dövlətlər Birliyidir (MDB). Ölkəmizin ayrı-ayrı keçmiş ittifaq respublikalarının yer aldığı qurumla əməkdaşlığı konstruktiv səciyyə daşıyır, qarşılıqlı maraqlara əsaslanır və davamlı olaraq yüksələn dinamikaya malikdir. Bugünlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib. Çıxışda Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı barədə məlumat verilib.

MDB 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilib. MDB dövlət başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixində baş tutan iclasında respublikamızın təşkilata daxil olmasına dair qərar qəbul olunub.

Geniş iqtisadi imkanlara malik olan və suverenlik prinsipinə əsaslanan siyasət həyata keeçirən Azərbaycan digər beynəlxalq platformalarda olduğu kimi, MDB çərçivəsində də yüksək fəallıq nümayiş etdirir. İndiyədək respublikamız qurumun bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Azərbaycan XİN rəhbərinin çıxışında təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu qeyd edilib.

Azərbaycan MDB daxilində fəal dialoq tərfdarıdır. Bunun təsdiqi olaraq ölkəmizin yüksəksəviyyəli rəsmiləri mütəmadi qaydada qurumun tədbirlərinə qatılırlar. Bundan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 29-da Belarus Respublikasının paytaxtı Minskdə baş tutan Müstəqil Dövlətlər Birliyi  Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak edib. Son olaraq isə Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gəlib. Dövlətimizin başçısı Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib. Belə fəal iştirakçılıq Azərbaycanla MDB, eləcə də qurumda təmsil olunan dövlətlər arasında əlaqələrin müsbət dinamika ilə inkişafına güclü impuls verir.

Azərbaycan elə bir dövlətdir ki, indiyədək sıralarına qatıldığı hər hansı bir təşkilatın üzərinə əlavə yük olmayıb. Halbuki üzv olduğu beynəlxalq qurumlardan daim birtərəfli qaydada fayda gözləyən dövlətlərin sayı kifayət qədər çoxdur. Respublikamız isə güclü iqtisadi potensialına və qətiyyətli siyasi iradəsinə əsaslanmaqla həmişə təmsil olunduğu beynəlxalq təşkilatların fəaliyyətinə töhfələr verir. Bunun da nəticəsi olaraq beynəlxalq birlikdə ölkəmizə və onun Liderinə böyük rəğbət formalaşıb.

O cümlədən Azərbaycanla MDB arasında qarşılıqlı inam getdikcə dərinləşir. Laçının 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi, III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə həvalə edilməsi bunun əyani təsdiqidir. Nazir Ceyhun Bayramov 28 sentyabrdan 8 oktyabra qədər Azərbaycanda keçirilmiş III MDB Oyunlarının uğurlu təşkilindən bəhs edib və Laçının 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, Laçın şəhərinin unikal irsini nümayiş etdirmək məqsədilə artıq çoxsaylı mədəni tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

MDB-də yer alan dövlətlər yaxın coğrafiyaları bölüşdükləri kimi, onlar üçün qlobal miqyasda yaranan çağırışlara fəaliyyətlərini uzlaşdırmaqla birlikdə cavab vermələri də çox zəruridir. Çıxışında təhlükəsizlik çağırışlarına toxunan nazir terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əlaqələndirilmiş səylərin vacibliyini vurğulayıb və bu sahələrdə qəbul olunacaq birgə sənədləri alqışlayıb.

Çernobıl faciəsinin 40 illiyi ilə bağlı danışan nazir bu hadisənin davam edən humanitar və ekoloji nəticələrini xatırladıb.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri