Icma.az
close
up
RU
Azərbaycan media landșaftı üzrə məlumat bazasının yaradılması

Azərbaycan media landșaftı üzrə məlumat bazasının yaradılması

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mətbuat Şurasında (MŞ) Şuranın Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallașdırdığı "Azərbaycan media landșaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib. SİA xəbər verir ki, tədbirdə MŞ sədri Rəşad Məcid, jurnalistlər, redaktorlar, QHT təmsilçiləri iştirak ediblər.

R.Məcid bildirib ki, "Azərbaycan media landșaftı üzrə məlumat bazasının yaradılması" layihəsi 7 ay müddətində davam edib:

"Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə dörd toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb".

R.Məcid, həmçinin, layihə çərçivəsində görülən işlərin tamamlandığını və layihənin yekunlaşdığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradlması" layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları "Azərbaycanın media landșaft" kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib:

"Layihə çərçivəsində MŞ-nin "presscouncil.az" saytında "Azərbaycanın media landșaftı" adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar", "Informasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər", "Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları", "Azərbaycan mediasından gender balansı", "I və ll Qarabağ müharibəsi dövründə Azərbaycan mediası" yarımkateqoriyaları yer alıb".

M.Ələsgərli qeyd edib ki, "Azərbaycan media landșaftı üzrə məlumat bazası" beynəlxalq standartalara uyğun formada hazırlanıb.

Toplantı digər iştirakçıların çıxış və təklifləri ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see259

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see200

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see191

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see130

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri