Azərbaycan mediasına şər atan suriyalı jurnalist KİMDİR?
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Yaxın Şərq üzrə mütəxəssis, jurnalist və yazıçı olduğu deyilən Hüsnü Mahalli Azərbaycan mediasının böyük hissəsinin yəhudi lobbilərinin nəzarətində olduğunu iddia edib.
“Cebheinfo.az” xəbər verir ki, Mahalli Türkiyə mediasına açıqlamasında Azərbaycan mediasının təxminən 70 faizinin yəhudi lobbilərinin nəzarətində olduğunu irəli sürüb. O, bu media qurumlarının sahiblərinin azərbaycanlı yəhudilər olduğunu iddia edərək onların İsrailin Baş naziri Benyamin Netanyahu ilə yaxın münasibətlərə malik olduğunu bildirib:
“Azərbaycan mediasının 70 faizi yəhudi lobbilərinin nəzarətindədir. Yəni onların sahibləri azərbaycanlı yəhudilərdir. Bunlar Netanyahunun yaxın dostlarıdır. Məndə adları var. Onlar həm Rusiya, həm Azərbaycan, həm də İsrail vətəndaşıdırlar. Söhbət Azərbaycandakı media qurumlarının sahiblərindən gedir”.
“Cebheinfo.az”-ın araşdırması göstərib ki, əslən Suriyadan olan türkmən əsilli bu şəxs jurnalist, yazıçı və Yaxın Şərq üzrə şərhçidir. O, Suriyanın Cerablus şəhərindəndir və türkmənlərin Barak tayfasına mənsubdur.
Ancaq özünü yazıçı və jurnalist adlandıran bu şəxs heç bir dəlil təqdim etmədən və şər ataraq bütöv bir sahəni hədəf almaqla ilk növbədə öz peşəkarlığını sual altına qoyub. Xüsusilə də söhbət media kimi ictimai rəyə təsir edən, cəmiyyətin məlumat aldığı və peşəkar insanların əməyi üzərində qurulan bir sahədən gedirsə, əlbəttə ki, səsləndirilən fikirlərin məsuliyyəti daha da artır. Çünki bir şəxsin müəyyən ölkənin vətəndaşı olması öz-özlüyündə onun həmin ölkənin hökumətinin və ya hansısa lobbinin maraqları naminə fəaliyyət göstərdiyini sübut etmir.
Hüsnü Mahalli açıqlamasında Azərbaycan mediası barədə ümumi rəy bildirir, halbuki media sektoru vahid mülkiyyət strukturundan ibarət deyil. Burada müxtəlif hüquqi formalarda fəaliyyət göstərən televiziya və radio kanalları, informasiya agentlikləri, qəzetlər və onlayn media subyektləri mövcuddur. Müxtəlif media subyektlərini bir kateqoriyada birləşdirərək onların hamısının eyni maraqlara xidmət etdiyini söyləmək üçün əsaslandırılmış dəlillər lazımdır.
Jurnalistika isə iddiaların səsləndirildiyi deyil, doğru, dürüst, şəffaf məlumatların təqdim olunduğu sahədir. Bu prinsip təkcə Azərbaycan mediasına deyil, dünyanın istənilən ölkəsində fəaliyyət göstərən jurnalistlərə aiddir. İndiki halda Mahallinin iddiaları ictimaiyyəti çaşdırmaqdan və yalançılıqdan başqa bir şey deyil. Birincisi, media yalnız onun sahibi və ya təsisçisindən ibarət deyil. İkincisi isə bu sahənin arxasında gündəlik xəbər hazırlayan, müsahibələr götürən, hadisə yerlərindən məlumat toplayan, sənədləri araşdıran, mətnləri redaktə edən, bəzən çətin şəraitdə çalışan minlərlə jurnalist və media əməkdaşı dayanır.
İddia etmək asandır, sübut etmək isə məsuliyyət tələb edir. Ona görə də Azərbaycan mediası haqqında danışan hər kəs bu məsuliyyəti nəzərə almalıdır. Təbii ki, söhbət özünə və peşəsinə hörmət edən, jurnalistlərin peşə davranış qaydalarına əməl edənlərdən gedir... Mahallinin isə bu kateqoriyaya heç bir aidiyyəti yoxdur.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: media Hüsnü Mahalli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Oktyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















