Icma.az
close
up
RU
“Azərbaycan” məhəlləsi birliyin möhkəm təməl üzərində qurulduğunun daha bir göstəricisidir ŞƏRH

“Azərbaycan” məhəlləsi birliyin möhkəm təməl üzərində qurulduğunun daha bir göstəricisidir ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyə arasında əsrlərə dayanan dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri hər bir sahədə özünü açıq şəkildə göstərməkdədir. Xalqlarımızı birləşdirən bu sarsılmaz bağlar istər sevinc, istərsə də ağır günlərdə daha da güclənib, ölkələrimiz bir-birinə daim dayaq olublar. 2023-cü ilin fevral ayında qardaş ölkədə baş verən dağıdıcı zəlzələ zamanı Azərbaycan dövləti və xalqı dərhal səfərbər olaraq Türkiyənin yanında oldu, yardım göndərdi, xilasedicilər, tibb qrupları və bərpa heyətləri hadisə yerinə cəlb olundu. Bu qardaşlıq nümunəsinin davamı olaraq Kahramanmaraşda inşa edilmiş “Azərbaycan” məhəlləsinin açılış mərasimi və bu mərasimdə Prezident İlham Əliyevin iştirakı Azərbaycan-Türkiyə birliyinin möhkəm təməl üzərində qurulduğunun daha bir aydın göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, “Azərbaycan” məhəlləsi zəlzələdən zərər çəkmiş ailələr üçün təhlükəsiz, müasir və rahat yaşayış şəraiti yaratmaqla yanaşı, həm də dostluğumuzun əbədiyaşarlığını simvolizə edən unikal təşəbbüsdür. Kahramanmaraşda binalarla yanaşı, eyni zamanda, mərhəmət, sədaqət və humanizm inşa olunub. Bu addım xalqlarımızın qardaşlıq münasibətinin təzahürü, Azərbaycan dövlətinin Türkiyəyə verdiyi dəstəyin təcəssümüdür.

“Prezident İlham Əliyevin “Azərbaycan” məhəlləsinin açılışında şəxsən iştirak etməsi bu hadisəni daha dəyərli və yaddaqalan etdi. Dövlətimizin başçısının çıxışı zamanı səsləndirdiyi “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub" fikirləri xalqlarımızın birliyinin zaman və məkan tanımadığını, istənilən şəraitdə bir-birimizə arxa-dayaq olduğunu bir daha təsdiq etdi.

Bu mərasim, eyni zamanda, Türk dünyası daxilində həmrəyliyin möhkəmləndirilməsi, regional təhlükəsizlik və sosial-siyasi sabitliyin qorunmasına yönəlmiş ortaq iradənin göstəricisi kimi də dəyərləndirilməlidir. Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli deyil, həm də Türk dövlətləri üçün nümunəvi bir model təşkil edir. Azərbaycan məhəlləsinin açılışı bu modelin gerçək təməli üzərində yüksəldiyini, qardaşlıq dəyərlərinin təkcə sözlə deyil, əməli fəaliyyətlərlə yaşadıldığını göstərir. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan və Türkiyə münasibətləri təkcə diplomatik və siyasi deyil, xalq-dövlət birliyi, humanizm və tarixi yaddaş müstəvisində də bənzərsiz səviyyəyə çatıb. Azərbaycan məhəlləsinin açılışı bu baxımdan həm unudulmaz bir humanitar jest, həm də strateji əməkdaşlığın həyatın hər sahəsinə nüfuz etdiyinin bariz təzahürüdür. Azərbaycan və Türkiyə tək millət, iki dövlət olaraq gələcəkdə də bir-birinin yanında olmağa, ortaq dəyərləri birlikdə yaşatmağa davam edəcək”, - deyə G.Ağamalı vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri