Icma.az
close
up
RU
Azərbaycan məhəlləsində işlər yekunlaşır Şəhərdən ən son GÖRÜNTÜLƏR

Azərbaycan məhəlləsində işlər yekunlaşır Şəhərdən ən son GÖRÜNTÜLƏR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdə zərər görən Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən inşa edilən yaşayış məhəlləsində işlər tamamlanmaq üzrədir.

Modern.az-ın məlumatına görə, Kahramanmaraşın Onikişubat və Dulkadiroğlu rayonlarının kəsişdiyi məhəllədə evlərin tikintisi başa çatıb.

Azərbaycan məhəlləsində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və TOKİ tərəfindən 1278 mənzil və 826 iş yerindən ibarət nəhəng layihə həyata keçirilib.

Layihə həm sakinlərin, həm də biznes sahiblərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Mənzillərin bir çoxu zəruri məişət əşyaları ilə təmin olunub və tam hazır vəziyyətə gətirilib.

Layihənin qısa müddətdə tam başa çatdırılması və sahiblərinə təhvil verilməsi nəzərdə tutulur.

Hazırda Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi yeni yaşayış massivində abadlıq işləri aparır və asfalt örtüyü çəkir.

Bələdiyyə sədri Fırat Görgel bildirib ki, yenidənqurma və abadlıq işləri çərçivəsində həyata keçirilən layihələrlə şəhər daha müasir, yaşana bilən və dayanıqlı yaşayış məntəqəsinə çevriləcək,

“Müasir yollarla, yaşıllıqlarla, yeni yaşayış massivlərinin ətrafında sosial obyektlərlə şəhərimizi gələcəyə hazırlayırıq. Kahramanmaraşın yenidən yüksəlişi birlik və həmrəylik içində davam etdirdiyimiz bu səylərlə mümkün olacaq”, - o qeyd edib.

Azərbaycan Hökumətinin xətti ilə “Azərbaycan” massivi ərazisində görülən işlər 100 milyon dollar dəyərində qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri