Icma.az
close
up
RU
Azərbaycan məhkəməsində ilk: barışıq sazişi ilə cəzadan azad edildi

Azərbaycan məhkəməsində ilk: barışıq sazişi ilə cəzadan azad edildi

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məhkəmə ilk dəfə cinayət işləri üzrə mediasiya yolu ilə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad edib.

Redaktor.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində məhkumun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin təqdimatına baxılıb.

İşin hallarına görə, şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hakim Azər Tağıyevin sədrliyi ilə təqdimata baxılarkən məlum olub ki, 22 aprel 2025-ci il tarixdə məhkumla zərərçəkmiş arasında Mediasiya Şurasının təşkilatında iştirakı ilə barışıq sazişi bağlanıb. Bundan sonra zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, məhkumla barışdığını və cinayət nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini göstərib. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 80-1 maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilir.

Məhkəmə məhkumla zərərçəkmiş şəxs arasında ailə münasibətləri zəminində yaranmış mübahisənin mediatorun vasitəçiliyi ilə barışıq sazişi bağlandığını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq məhkumun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunmasına dair qərar qəbul edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see255

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see196

Şimpanze tədqiqatçısı Ceyn Qudoll vəfat edib

02 Oktyabr 2025 13:02see168

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see167

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see165

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see147

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see140

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see134

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see132

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see129

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see128

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see127

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see126

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see125

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see124

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see122

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see121

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see121

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see118

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri