Icma.az
close
up
RU
Azərbaycan məktəblərində “Son zəng” sədaları

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il 116 min 550 nəfər XI sinfi bitirərək məzun adını qazanır

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Azərbaycanın bütün ümumi təhsil müəssisələrində bənzərsiz bir həyəcan və bayram ab-havası yaşanır. Ölkə miqyasında səslənən “Son zəng” yüz minlərlə gənc üçün sadəcə növbəti bir dərs ilinin bitməsini deyil, qayğısız məktəb illərinin başa çatmasını və müstəqil həyatın astanasında tamamilə yeni bir səhifənin açılmasını simvolizə edir. Sevinclə kədərin, unudulmaz uşaqlıq xatirələri ilə gələcək ümidlərin qovuşduğu bu əlamətdar gün hər bir məzunun yaddaşında ömürlük iz buraxır.

AZƏRTAC xəbər verir ki, cari tədris ilində ölkənin təhsil sistemində böyük canlanma və irimiqyaslı göstəricilər qeydə alınıb. Bu il respublika üzrə ümumilikdə 116 min 550 nəfər XI sinfi bitirərək məzun adını qazanır. Onların da 55 min 954 nəfərini qızlar, 60 min 596 nəfərini isə oğlanlar təşkil edir. Eyni zamanda, 131 min 407 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsilin ilk pilləsini tamamlayır. Gələcəyin böyük şagird ordusunun təməli isə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş 107 min 529 azyaşlı ilə qoyulub. Ümumilikdə, geridə qoyduğumuz tədris ilində ölkənin 4 min 194 ümumtəhsil məktəbində 1 milyon 678 min 621 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 132 min 178 fədakar müəllim məşğul olub.

Paytaxt Bakıda da göstəricilər olduqca diqqətçəkəndir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 410 məktəbdə ümumilikdə 530 min 988 şagird elmin sirlərinə yiyələnib. Onlara 32 min 52 müəllim rəhbərlik edib. Paytaxt məktəblərində bu il 41 min 941 nəfər birinci sinfi, 50 min 219 nəfər IX sinfi, 37 min 222 nəfər isə XI sinfi bitirir. Əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər üzrə XII sinfi başa vuran 78 nəfər şagird də bu gün məzunlar sırasındadır. Uğurlu təhsil strategiyasının davamı olaraq, növbəti tədris ili üçün paytaxt üzrə məktəbəhazırlıq qruplarına artıq 21 min 384 uşaq cəlb edilib.

Builki “Son zəng” tədbirlərinin ən qürurverici və emosional məqamları işğaldan azad edilmiş tarixi torpaqlarımızda yaşanır. Böyük Qayıdış proqramı çərçivəsində bərpa olunan və yenidən qurulan 25 ümumi təhsil müəssisəsi doğma yurdumuzda fəaliyyətini uğurla davam etdirir. Bu məktəblərin 11-də uzun illərdən sonra ilk dəfə olaraq doğma torpağın havası altında “Son zəng”sədaları ucalır. Tarixi zəfərimizin ardınca doğma yurdun siniflərindən boylanan 171 nəfər məzun bu gün məktəblə vidalaşaraq Azərbaycanın parlaq gələcəyinə doğru ilk müstəqil addımlarını atır. Bu tarixi hadisə təkcə bir təhsil uğuru deyil, həm də dövlətimizin qüdrətinin və dirçəlişinin bütün dünyaya növbəti nümayişidir.

“Son zəng” ənənəsinin kökləri XX əsrin əvvəllərinə, keçmiş SSRİ məkanına gedib çıxır. Həmin dövrlərdə dərs ilinin yekunu sadə rəsmiyyətlə qeyd olunsa da, 1940-1950-ci illərdən etibarən bu tədbir xüsusi simvolik məna qazanmağa başladı. İlk dəfə rəmzi zəngin səslənməsi şagirdlərin uşaqlıqla vidalaşaraq böyük həyata addım atmasının təntənəli ifadəsinə çevrildi.

“Son zəng” tədbirləri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil edilir. Həyətyanı sahəsi olmayan məktəblərdə isə tədbir idman və ya akt zallarında keçirilir. Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəb rəhbərlərinə “Son zəng” tədbirləri zamanı şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Bu məqsədlə məktəb ərazilərində mühafizə gücləndirilib, müvafiq orqanlarla birgə təhlükəsizlik tədbirləri həyata keçirilib.

Müxbir – Aysel Azadqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2026 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri