Icma.az
close
up
RU
Azərbaycan məktəblərində tənəffüs qaydaları pozulur Təhsil eksperti həyəcan təbili çaldı

Azərbaycan məktəblərində tənəffüs qaydaları pozulur Təhsil eksperti həyəcan təbili çaldı

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Məktəblərdə tənəffüs müddəti çox vaxt sadəcə texniki detal kimi qəbul olunur. Halbuki tənəffüs təhsil prosesinin psixoloji və pedaqoji keyfiyyətinə birbaşa təsir edən əsas amillərdən biridir".

Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 №-li Qərarı ilə təsdiqlənmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" adlı sənəddə ümumi təhsil məktəblərində dərslərarası fasilələrin müddəti barədə belə qeyd olunur:

"2.2.25. Dərslər arasında fasilənin müddəti 5-10 dəqiqə, uzun fasilələrin müddəti isə (2 və ya 3 dərsdən sonra) 10-30 dəqiqə təşkil edir. Bir böyük fasilə isə 2 və 3 dərsdən sonra müddəti 20 dəqiqə olan iki fasilə ilə əvəzlənir. Fasilələrin təmiz havadan maksimal istifadə etməklə və hərəkətli oyunlarla təşkil olunması vacibdir. Gündəlik dinamik fasilə zamanı böyük fasilənin 45 dəqiqəyə qədər davam etməsinə icazə verilir. Bu müddətin 30 dəqiqəsi idman meydançasında, idman zalında və ya trenajorlarla təchiz olunmuş rekreasiya sahələrində keçirilməlidir".

Lakin ekspertin sözlərinə görə, hazırda əksər məktəblərdə dərslərarası fasilə 5 dəqiqə, yalnız bir böyük tənəffüs isə 10 dəqiqə olaraq tətbiq edilir.

E. Qafarov qeyd edib ki, bu model formal olaraq fasilə yaratsa da, real dincəlmə imkanı vermir. Şagird həmin 5 dəqiqə ərzində sinif dəyişir, pilləkənlə hərəkət edir, bufetə və ya sanitar qovşağa gedir və yenidən dərsə qayıdır:

"Ölkədə fəaliyyət göstərən 4036 məktəbin 900-ə yaxınının şagird sayı 500 nəfərdən çoxdur. Onlardan 400 məktəbdə isə şagird sayı 1000 nəfəri keçir. Bu halda sanitar qovşaqların sayı şagirdlərin sayına adekvat olmur və 5 dəqiqə ərzində sanitar qovşaqdan istifadə faktiki olaraq mümkünsüzləşir".

Ekspert normativ sənəddəki tələbi də xatırladıb:

"2.3.21. Ümumi təhsil müəssisələrinin hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 60 qıza 2 unitaz və 1 əlüzyuyan, 40 oğlana isə 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar hesabı ilə müəyyən olunur. Oğlan və qızlar üçün sanitar qovşaqlarının ümumi sahəsi bir şagirdə 0,1 m²-dən az olmamalıdır. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir".

Onun sözlərinə görə, belə şəraitdə nə fiziki rahatlama baş verir, nə də emosional boşalma təmin olunur. Psixoloji baxımdan beyin 40-45 dəqiqəlik intensiv diqqətdən sonra yenilənməyə ehtiyac duyur və bu yenilənmə yalnız fasilə zamanı baş verə bilər. Əgər fasilə real deyilsə, yüklənmə dərsdən dərsə daşınır.

E. Qafarov bildirib ki, OECD Education 2030 yanaşmasına görə, şagird rifahı olmadan yüksək akademik nəticələr gözləmək mümkün deyil. Rifah isə yalnız emosional şəraitlə deyil, məktəbin gündəlik ritmi ilə də bağlıdır.

CASEL modelində emosional tənzimləmənin fasiləsiz baş vermədiyi vurğulanır. Uşaq davranışı idarə etmək və sakitləşməyi öyrənmək üçün fasilədə nəfəs almağa vaxt tapmalıdır.

UNESCO da məktəbi insan mərkəzli, təhlükəsiz və inkişaf yönümlü mühit kimi xarakterizə edir. Belə mühitdə tənəffüs cəza deyil, bərpaedici funksiyaya malikdir.

Ekspert əlavə edib ki, 5 dəqiqəlik tənəffüslər əksinə, tələskənliyi, gərginliyi və davranış pozuntularını artırır. Bu pozuntular çox vaxt "intizam problemi" kimi qiymətləndirilsə də, əsl səbəb yorğunluqdur. Müəllim dərsin əvvəlində şagirdləri sakitləşdirməyə vaxt sərf etməli olur ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir edir.

"Bu məsələ ayrı-ayrı müəllimlərin deyil, məktəb idarəetməsinin məsuliyyət sahəsidir. Nəticə olaraq demək istəyirəm ki, tənəffüs dərsdən kənar zaman deyil, dərsin psixoloji davamıdır. Məktəbdə fasilə nə qədər qısadırsa, tədrisdə gərginlik bir o qədər artır. Göründüyü kimi, dərslərarası fasilə texniki detal yox, məktəb mədəniyyətinin ən vacib hissəsidir".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri