Icma.az
close
up
RU
Azərbaycan mənim evimdir İran şahı

Azərbaycan mənim evimdir İran şahı

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiya imperiyası dövründə Tiflisdə rus dilində nəşr olunan “Qafqaz” (Kavkaz) rəsmi hökumət qəzeti Qacar xanədanını, Tehran və Təbrizdə baş verən hadisələri diqqətlə izləyir, ora ezam edilən əməkdaşları tərəfindən göndərilən xəbərləri dərhal dərc edirdi.

1896-cı ildə Müzəffərəddin şah Təbrizdən ayrılıb Tehrana taxt-taca getməli olur. Müzəffərəddin şah Nəsirəddin şah oğlu Qovanlı-Qacar uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Atasının qətlindən sonra 1896-cı ildə Qacar imperiyasının şahlıq taxtına əyləşmişdir. Bu barədə qəzetin 5 iyun 1896-cı 147-ci sayında xüsusi bir yazı dərc edilir.

Yazıda şahın Təbrizdən yola düşməsi, xalqla vidalaşması və Azərbaycanı öz oğlu Məhəmməd Əli Mirzəyə tapşırması barədə geniş məlumat verilir.

Şah Təbrizin əyanları, ruhaniləri və xalq nümayəndələri qarşısında vida nitqi söyləyərkən oğlunu onlara təqdim edərək bu sözləri demişdi:

“Mən ən əziz varlığımı (oğlumu) ən əziz yerimə (Azərbaycana) əmanət edirəm. Azərbaycan mənim evimdir, onu dünyada hər şeydən çox sevirəm... O, hər bir azərbaycanlı üçün ata olmalıdır. Mən özüm otuz yeddi illik hakimiyyətim dövründə azərbaycanlılara ata kimi yanaşmışam. İtizadus-Soltane mənim nümunəmi izləməlidir”.

O, bu müraciəti ilə həm də oğluna Azərbaycanın sülalə üçün nə dərəcədə əhəmiyyətli olduğunu xatıradırdı.

“Qafqaz” qəzetinin müxbiri Təbrizdən yazırdı:

“Şah Azərbaycanı “Dövlətin dayağı” (Mədar-ül-Məmləkə) və özünün doğma evi adlandırırdı”.

Müzəffərəddin şah Təbrizdə keçirdiyi 30 ildən çox müddətdə sarayda və gündəlik həyatda əsasən Azərbaycan türkcəsində danışıb və bu millətdən olması ilə fəxr edib. Osmanlı dövlətinə səfəri zamanı da danışıqları türk dilində aparıb.

Müzəffərəddin şah Tehrana getdikdən sonra da Təbrizdən gələn hər bir xəbərə qarşı çox həssas idi. Hətta deyilənə görə, o, ömrünün sonuna qədər “Təbriz havası” üçün darıxdığını tez-tez dilə gətirərmiş.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Aprel 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri