Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiya əməkdaşlığı yeni strateji mərhələyə yüksəlir

Azərbaycan Mərkəzi Asiya əməkdaşlığı yeni strateji mərhələyə yüksəlir

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələr tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar fonunda yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsi, həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də bu ölkəyə səfəri bir daha  bu reallığı təsdiqlədi. Səfər çərçivəsində Prezident İlham Əliyevin özbəkistanlı həmkarı  Şavkat Mirziyoyev ilə təkbətək görüşündə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Qarşılıqlı səfərlər əsasında bu əlaqələrin inkişafı xüsusi vurğulandı. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişlənməsindən məmnunluq ifadə edildi. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

Cənab İlham Əliyev səfər zamanı, həmçinin Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış oldu. Dövlət başçısı İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında bu Mərkəzin Özbəkistan Prezidentinin ölkənin zəngin mədəni irsinə sadiqliyinin daha bir göstəricisi olduğunu qeyd etdi. Bəzi ölkələrdə dinimizə qarşı hücumların artdığı bir şəraitdə islamofobiya sistemli xarakter alır. İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir.  Bu əminlik də ifadə edildi ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək.

Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir: “Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoq,  qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının möhkəmlənməsində  mühüm rol oynayır.

Dövlət başçısı İlham Əliyev həm Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində, həm də Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında bu əməkdaşlıq formatını şərtləndirən amillərdən geniş bəhs etdi. Prezident İlham Əliyev  Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində belə bir əminliyi ifadə etmişdir ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.

Bu əminliyə əsas verən amillər mövcuddur: “Yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14, həmin ölkələrin dövlət başçılarının Azərbaycana 23 səfəri olub. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır. Bu, ölkələrimiz, xalqlarımız arasında dostluğa verdiyimiz dəyəri nümayiş etdirir. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.

Hazırda bu birlik, həmrəylik tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Azərbaycan bu məsələdə Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirir. Artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyuldu.

Bu mühüm məqam da xüsusi qeyd edilir ki, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici  körpüdür. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında bildirdi ki, Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.

Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir. Tarixi, mədəni, mənəvi əlaqələrimiz siyasi mərkəz halına gəlir. Mərkəzi Asiya artıq beş ölkə deyil, Azərbaycan da Mərkəzi Asiyanın tərkib hissəsi, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür. Dövlətimizin başçısı İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında vurğuladı ki, bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək. Özbəkistan  Prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğuladı. Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ilə bağlı qəbul edilən qərarı önə çəkərək bu əminliyi ifadə etdi ki, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək.

Həmrəyliyin gücləndirilməsi Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Azərbaycanın bu formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq. Digər Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının çıxışlarında da bu əminlik vurğulandı ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.

Malik Həsənov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri