Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % ətrafında olacağı gözlənilir.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin iyul ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağını açıqlamışdı.
"Baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır", - deyə AMB bəyan edib.

Mərkəzi Bank Azərbaycanın inflyasiya proqnozlarını yeniləyib
13 Avqust 2025 13:37
Azərbaycan Mərkəzi Bankı neftqaz qiymətlərinə dair proqnozlarını açıqlayıb
04 Noyabr 2024 18:30
AMB inflyasiya proqnozlarını yeniləyib
23 İyul 2025 10:14
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
25 Noyabr 2024 09:49

