Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Dekabrın 2–13-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna 2 il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, sədrlik dövründə ölkəmiz, həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.
Qeyd olunub ki, qrupa Azərbaycan Respublikası ilə birlikdə Şərqi və Mərkəzi Avropadan 15 dövlət daxildir.
2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və sair prioritet sahələr müəyyən olunub.
On iki regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu, həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir. XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Dekabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















