Azərbaycan meşə fındığı ixracından 57 mln. dollardan çox qazanıb
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-ci ilin yanvar-fevral aylarında Azərbaycan 57.4 mln. ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, illik müqayisədə 29.5 milyon dollar və ya 2.1 dəfə çoxdur.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2025-ci ilin yanvar-fevral aylarında meşə fındığı ixracının ümumi dəyəri 27.9 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2026-ci ilin ilk 2 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (60.7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (57.4 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (44.6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















