Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

III Yazı

Həsən bəy Zərdabi qəzet üçün şriftləri Rusiyada əldə edə bilməmişdi, ona görə də İstanbula üz tutmalı olmuşdu.Birinci nömrənin nəşri ilə bağlı çətinliklər barəsində danışmağa ehtiyac yoxdur. Həsən bəy özü “Həyat”ın səhifələrində qəzetlə bağlı başına gələnlərin hamısını təsvir edib.Həsən bəy qəzeti abunə və satış üçün nəzərdə tutduğundan çox buraxırdı. O, camaata mətbuat oxumaq vərdişini aşılamaq üçün “Əkinçi”ni müftə paylayırdı.Lakin müftə qəzet oxumaq istəyənlər də yox idi. Kimi bunu günah sayır,qəzet oxumağı şeytan əməli hesab edirdi, kimi mənasız iş bilir, əlinə qəzet almaqdan utanırdı - “bir qəzetdəki nə Allah, nə də peyğənbər barəsində bir söz olsun,lazımlı şeylər yazılsın, onu ələ götürməyin özü birtəhər çıxır”-deyirdilər.Rusiya imperatorunun müsəlmanlar içərisində elə sadiq təbəəsi də vardı ki, “Əkinçi”yə abunə barəsində düşünmək belə onları dəhşətə gətirirdi- birdən qəzetdə hökumət əleyhinə bir şey ola bilər! Gürcüstanı ram edən məşhur qəhrəmanın atası, qvardiya polkovniki Əli bəy Əlixanov Həsən bəyin göndərdiyi “Əkinçi” qəzetini oğlu vasitəsi ilə geri qaytarmış və redaktora belə bir məktub yazmışdı: “Təəccüb edirəm, necə ola bilər ki, redaktor hökumət tərəfindən çap olunmayan qəzeti öz padşahına sədaqətli qulluq edən təbəənin oxumayacağından xəbərsizdir!”. Müsəlmanlar üçün nə qədər eyibli olsa da, Rusiya imperatorunun qorxusundan “Əkinçi”ni oxumayanlar onu alllah qorxusundan çəkinib oxumayanlardan qat-qat artıq idi. Çarizmin sadiq nökərlərinin oxuculara təsir göstərə biləcəyindən ehtiyat edən Həsən bəy onlara etimad və inam aşılamaq üçün bir sıra hallarda qəzeti abunəçilərə dövlət idarələri vasitəsi ilə göndərirdi. “Əkinçi” hətta özünün kağız və rəng xərcini də ödəmirdi,lakin Həsən bəy ruhdan düşmürdü: “Xalqa qəzet oxumağı öyrədəcəyəm,adət edəcəklər,ondan sonra qəzetsiz darıxacaqlar”-deyə ətrafdakıları da ruhlandırdı. O, “Əkinçi”nin səliqəli çıxması üçün əlindən gələni edirdi.Həsən bəyin bütün maaşı qəzetin ehtiyaclarına sərf olunurdu.Gimnaziyadakı məşğələlərdən azad vaxtını son dəqiqəsinə kimi qəzetə sərf edirdi. “Əkinçi”nin səviyyəli çıxması xatirinə o, gündəlik həyatda çox şeydən imtina etməli olurdu.Birinci il qəzet ayda iki dəfə çıxırdı.Bu çətinlikləri daha da artırdı.Qəzetin öz müratibləri yox idi.Həsən bəy “Əkinçi”nin hər nömrəsini yığdırmaq üçün quberniya mətbəəsinə gedib xahiş-minnət etməli olurdu. Çox vaxt Həsən bəy özü də yığıcılara kömək edirdi. Bir dəfə Rusiyada, xüsusən də Bakıda mətbuatın vəziyyətini öyrənmək üçün bir fransız qəzetinin müxbiri gəlmişdi.O, Rusiyada türk qəzetinin vəziyyəti ilə maraqlanmış və Həsən bəylə görüşmüşdü. Öyrənəndə ki, qəzetin nəşrinə baxmayaraq dövlət idarələri də daxil olmaqla ( onlar türk qəzetinin nə yazdığını yoxlamaq üçün abunı yazılmaq məcburiyyəti qarşısında qalmışdılar) qəzetin vur-tut 300-400 nüsxə tirajı var,müxbir heyrətlənmiş, təəccüblə Həsən bəyə baxaraq ürəkdən gələn bir səmimiyyətlə demişdi: “Siz həqiqi qəhrəmansınız! Bizdə belə kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı.Sizin enerjinizə heyranam. Görünür,öz xalqınızı ürəkdən sevirsiniz”. Lakin qəzet artıq öz işini verməkdə idi. Əvvəllər onu yalnız tanışlar,qohumlar,gimnaziya şagirdləri,dövlət müəssisələrinin işçiləri oxuyurdular,indi isə Rusiyanın ən daldabucaq,daxili quberniyalarında- Penzada,Tambovda,Ryazanda,təzəcə işğal olunmuş Türküstanda “Əkinçi”nin abunəçiləri vardı.

Öz şeir hekayə, tənqidi qeyd və məqalələrini qəzetə göndərən müəlliflər meydana çıxmışdı.Ancaq təəssüf ki, oyanmaqda olan oxucuların ədəbi yaradıcılığının ən cüzi qismini belə təchih edəndən sonra çapa vertmək imkanı yox idi.Qəzeti vaxtında buraxmaq üçün texniki işçilər- mürəttiblər,qəzetin həcmini artırmaq üçün vəsait tapmırdı.

1879-cu ildə krım-tatar dilində ilk mətbuat orqanının naşiri İsmayıl Qasprinski Həsən bəyə məktub yazıb ondan yeni nəşrə xeyir-dua verməyi və qəzetin işinə ümumi rəhbərliyi öz əlinə almağı xahiş etmişdir. Bu məktub Həsən bəy üçün əsil bayrama çevrilmişdi. “Bax,artıq bizim ikinci qəzetimiz var,sonra üçüncü,dördüncü olacaq”. O,uşaq kimi sevinirdi, “Tərcümanın” fəaliyyətini böyük məhəbbətlə izləyir, uğurlarına hədsiz şadlanırdı. O,İsmayıl Qasprinskiyə ərəb-fars tərkib və ifadələrindən,eləcə də spesfik krım-tatar sözlərindən mümkün qədər qaçmağı tövsiyyə edirdi. Həmişə Həsən bəyin məsləhətlərinə qulaq asan Qasprinski bu tövsiyəni yadda saxlamışdı və qəzet Qafqaz müsəlmanları üçün də tam anlaşıqlı bir dildə çıxır,burada da həvəslə oxunurdu.

1877-ci il 24 apreldə Rusiya imperatoru II Aleksandr (1855-1881) Osmanlı dövləti ilə müharibəyə başladı.Bunun da nəticəsində asta-asta möhkəmlənməkdə olan “Əkinçi” nin çətinlikləri daha da artdı. İkiqat senzura başlanmışdı - qəzeti əvvəlcə hökumət senzoru, sonar Bakı qubernatorunun özü oxuyurdu. Onlar hər sözə, hər ifadəyə qulp qoyurdular.Oxucular müharibə xəbərlərini bilmək istəyirdilər. Hərbi əməliyyatların əvvəlində rus qoşunları məğlubiyyətə uğrayırdılar. Təxminən 1 il davam edən müharibədə Osmanlı orduları müdafiə döyüşü keçirdi. Qəzet isə yalnız rus ordusunun qələbələri barəsində xəbər verə bilərdi. Ona görə də Rus-Türk savaşı haqqında susmaq lazım gəlirdi.Moskvada bərk soyuqların düşməsi,quşların uçan yerdə donmaları barəsində paytaxt qəzetindən götürülüb “Əkinçi” üçün tərcümə edilmiş materialları nömrədən çıxarmış və Həsən bəy Zərdabiyə demişdilər: “Siz müsəlmanlara çatdırmaq istəyirsiz ki,allah rusları cəzalandırmaq üçün belə soyuq göndərir”.Xalq isə artıq qəzetin faydasını başa düşmüşdü və onunla daha çox maraqlanırdı.

Qəzetin bağlanmasından qorxan Həsən bəy Zərdabi Məlikov çox ehtiyatla hərəkət edirdi, ilk vaxtlar rus ordusunun uğradığı uğursuzluqlar barədə ən cüzi xəbərlər belə vermirdi,rus ordusunun siyasi və maliyyə fəaliyyətindən söz açmırdı.Qəzetdə kənd təsərrüfatına dair məlumatlar, gigiyena haqqında məqalələr və sairə çap olunurdu.Qəzet artıq əsas məqsədindən uzaqlaşmışdı,kütlənin tələblərinə cavab vermirdi.Lakin Həsən bəy nəyin bahasına olursa-olsun “Əkinçi”ni qoruyub saxlamalı idi.”Əkinçi”nin sırf kənd təsərrüfatı qəzetinə çevrilməsinə baxmayaraq onun materiallarında yenə də rus dövləti üçün şübhəli və təhlükəli fikirlər axtarırdılar.Qəzet nəşrini dayandırmağa məcbur olandan sonra Həsən bəy abunəçilərdən və dostlarından təəssüf bildirən çoxlu məktublar alırdı.Onlar yeni qəzetin nəşrinə başlamağı məsləhət görürdülər. Lakin Həsən bəyi ciddi nəzarət altında saxlayan hökumət dairələri buna heç vaxt razı olmadılar. Onun Bakıda qalmasının özünü təhlükəli saydılar və 1879-cu ildə Həsən bəyi “nəcib” inzibati sürgün yolu ilə şəhərdən uzaqlaşdırdılar.Həsən bəyə Quba vilayətinə,yaxud Qərbi Gürcüstanın kiçik şəhərlərindən birinə getməyi məsləhət görürdülər, o isə könüllü şəkildə yaşayış yerini dəyişməkdən qətiyyən imtina edirdi.

Bütöv bir ili hökumət Həsən bəylə necə rəftar edəcəyini bilmirdi-onu müsəlman mərkəzində-Bakıda saxlamaq təhlükəli idi,gimnaziyadan çıxarmaq da olmazdı,əla pedaqoqdur,ən başlıcası isə xalq özünün ilk müəllimini və sıradan çıxarılmış ilk türk qəzetinin redaktorunu tanıyır, sevir və qiymətləndirirdi. Həsən bəy Zərdabini ümumiyyətlə, Zaqafqaziyanın hər yerində tanıyır və sevirdilər.

Həsən bəyi gimnaziyanın direktoru K.K.Çermaka böyük hörmət bəslədiyini bilən rəsmi dairələr ona təklif etdilər ki, Ekaterinodar (Krasnodar), Qafqaz Stavropolunun, yaxud Kutaisinin hər hansı bir məktəbinə inspektor,hətta direktor vəzifəsinə keçməyə razı salsın.Onun Bakıda qalmasına isə heç vəchlə razılıq vermək olmazdı.

1877-1878-ci illərdə Çeçenistan və Dağıstanı güclü narazılıq dalğası bürümüşdü.Gah orada,gah burada üsyan qalxırdı.Hökumət Qafqazda ümumi üsyan başlanacağından qorxurdu. Həsən bəy Zərdabi həmişə etimadsız şəxs kimi rəsmi dairələrin qara siyahısına düşdüyündən belə vəziyyətdə onun Bakıda saxlanılması xüsusilə arzuolunmaz sayılırdı.

Çermak Həsən bəyin vətənindən sürgün etməyin qeyri-mümkünlüyü barəsində düz bir il müxtəlif idarələrə kağızlar yazdı.Nəhayət 1879-cu ildə Həsən bəy özü gimnaziya direktoruna dərin hörmətinə görə istefa barəsində ərizə verdi.Əgər Çermak aralığa düşməsəydi, Həsən bəy müsəlman olduğuna və müsəlmanların maarifləndirilməsinə sahəsində çalışdığına görə hökumətin onu nə vaxt işdən uzaqlaşdıracağını gözləyəcəkdi. İstefa qəbul olundu,lakin Həsən bəy bütünlüklə gizli xəfiyyələrin nəzarəti altında idi. Gimnaziyanın direktoru Çermak da (mənşəcə o,çex idi) işdə qalmaq istəmədi və istefa barəsində ərizə verdi.

1878-1879-cu illərdə Zaqafqaziyada aclıq idi. Xalq “nə etməli?” sualı ilə ilk növbədə köhnə müəlliminə - Həsən bəyə üz tuturdu. Həsən bəy aclıq çəkən kəndlilərin dərdini ürəyinə salmışdı-qəzetlərə yazır,hökumət idarələrinə gedir,yardımın gücləndirilməsini tələb edirdi.Məsləhət görürdü ki,aclıq çəkən əhali üçün Rusiyadan taxıl,Qacar dövlətindən düyü gətirilməsi qaydaya salınsın.Düyü unundan çörək hazırlamaq barəsində resptlərlə qəzetlərdə çıxış edirdi. Həmin resptləri o,öz vətənlərində daha çox düyü ilə qidalanan Qacar təbəələrindən alırdı.

Aclığa görə Həsən bəyə müraciət edən şəhər və kənd yoxsulları jandarm idarəsini şübhələndirmişdi.

1878-ci ildə Həsən bəyin xanımı Hənifə Məlikovanın Rusiya imperator ordusunun zabiti olan iki qohumu Bakıdan keçib rus qoşunlarının təzə işğal etdiyi Türküstana gedirdilər.Onlar yolüstü qohumlarına baş çəkməyi qərara almışdılar.Hər ikisi çərkəzi geyimdə idi,xəncər və tapança taxmışdılar,çox uca boyları və zəhimli görkəmləri vardı.Həsən bəyin evinin mətbəxini necə talaş və qorxu bürüdüyünü görəndə gülməmək mümkün deyildi! Mətbəx qulluqçusu,dayə,onların jandarm olduqlarını zənn etdi “qohumları” və “qardaşları” Həsən bəyin xanımını çağıranda ev qulluqçusu ağlaya-ağlaya günahsız olduqlarını deyir,yalvarırdılar ki,rəhm etsinlər, öldürməsinlər.Ev qulluqçularını güclə sakitləşdirmək mümkün oldu. Lakin bu qonaqlardan sonra Həsən bəyin mənzilinə nəzarət daha da gücləndirildi.Ailənin belə şəraitdə yaşaması xüsusən dözülməz idi. Həsən bəy Göyçay qəzasının doğma Zərdab kəndinə köçməyi qərara aldı. Bu məcburi,həm də arzuolunmaz bir gediş idi. Həsən bəy Bakıda təzəcə tətbiq olunmağa başlayan şəhər əsasnaməsinin hazırlanmasında iştirak etmək istəyirdi. Şəhər təsərrüfatının idarə olunması inzibati dairələrin əlindən alınıb sakinlərin öz ixtiyarına verilmişdir.Sakinlər şəhər dumasına qlasnılar seçmək hüququ qazanmışdılar.Lakin əhalinin 73 faizini müsəlmanların təşkil etdiyi şəhərdə çoxluğun hüquqları həyazızcasına tapdalanır. Müsəlmanların nümayəndələri qlasnıların ümumi sayının yalnız beşdə birini təşkil edə bilərdilər. Şəhərin əsil sahibləri olan müsəlmanların (Azərbaycan türklərinin) haqları beləcə görməzdən gəlindi.

Həsən bəy şəhər əsasnaməsində dəyişikliyin zəruriliyi barəsində varlı müsəlmanlara müraciət edəndə onlar qorxu içində yaxalarını bir qırağa çəkdilər: “ Biz hökumətin qərarından necə şikayət edə bilərik!”.Lakin Həsən bəy bu ədalətsizliklə barışmaq istəmirdi.Onun heç vaxt Bakıda əmlakı və kapitalı olmamışdı,ancaq həqiqəti üzə çıxarmaq, müsəlmanların nə üçün hüquqlarından məhrum edildiyini öyrənmək naminə Həsən bəy təkbaşına Bakı qubernatorunun yanına getdi. Məsələnin mahiyyətini izah edib bildirdi: “Sizə çatdırmaq istəyirəm ki, şəhər əhalisinin 73 faizini təşkil edən müsəlmanlar bu ədalətsizlikdən bərk hiddətləniblər.Əgər onların tələblərini nəzərə alıb tədbir görməsəniz, müsəlmanlar zorla şəhər idarəsini qazanacaqlar”.

1880-ci ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır.O,kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir,məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı.Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”,”Kəşkül”, “Kaspi”,”Novoye obozreniye” və sairə qəzetlərdə Azərbaycan türkcəsi və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Ardı var

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Mart 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri