Icma.az
close
up
RU
Azərbaycan Milli Xalça Muzeyində konfrans keçiriləcək

Azərbaycan Milli Xalça Muzeyində konfrans keçiriləcək

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda birinci elmi-praktik konfrans keçiriləcək.
Kulis.az xəbər verir ki, Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan bu tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransın əsas məqsədi Azərbaycanın qədim dövrlərdən bu günə qədər formalaşmış silahşünaslıq tarixinin elmi əsaslarla araşdırılmasını genişləndirmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycana aid silah nümunələri haqqında məlumat mübadiləsini təmin etmək, bu sahədə mövcud bilikləri dərinləşdirmək və yeni tədqiqat istiqamətlərini müəyyənləşdirməkdir.

Konfrans çərçivəsində “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”, “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”, “Tarixi silahların incəsənətdə yeri və rolu”, “Tarixi silahlar Azərbaycan bədii sənətkarlığının tərkib hissəsi kimi: ənənənin bərpası” mövzularında akademik sessiyalar keçiriləcək.

Tədbirdə ölkəmizin müxtəlif elm və təhsil müəssisələrində, muzeylərində çalışan mütəxəssislərin, eləcə də müstəqil tədqiqatçıların silahşünaslıq elminin aktual məsələlərinə həsr olunmuş məruzələri dinləniləcək, onlar arasında fikir və təcrübə mübadiləsi aparılacaq. Həmçinin elmi əlaqələrin gücləndirilməsi, gələcəkdə ortaq tədqiqat layihələrinin reallaşdırılması və Azərbaycanın silahşünaslıq irsinin beynəlxalq miqyasda təbliği istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək bu elmi-praktik konfrans milli-mədəni irsin mühüm tərkib hissəsi olan silahşünaslıq sahəsində aparılan araşdırmaların daha sistemli şəkildə inkişafına təkan verəcək.

"Həbsdən qaçış" yenidən yayımlanacaq Sovetə meydan oxuyan, ömrü sürgünlərdə keçən yazıçı - O, Səməd Vurğuna məktubunda nə yazmışdı? "Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri