Azərbaycan millisi baş məşqçisiz qaldı
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandasında baş məşqçi ayrılığı reallaşıb.
Fanat.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Evren Alkaya ilə yollar ayrılıb.
Türkiyəli mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Evren Alkaya 2022-ci ildən əsas millidə çalışırdı. O, həmçinin, U-16, U-18 və U-20 yığmalarımıza da rəhbərlik edib. Ümumilikdə isə milliləri 70-dən çox rəsmi FIBA qarşılaşmasına çıxarıb.
Onun rəhbərliyi altında U-16 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.
Bu mövzuda digər xəbərlər:Qana millisi baş məşqçisiz qaldı
06 İyul 2026 11:12
Ukrayna futbol millisi baş məşqçisiz qaldı
22 Aprel 2026 16:43
Azərbaycan komandası baş məşqçisiz qaldı SON DƏQİQƏ
11 Fevral 2026 22:31
İsgəndərli baş məşqçisiz qaldı
25 İyul 2025 12:19
Ronaldo baş məşqçisiz qaldı
25 İyun 2025 17:05
Baxış sayı:72
Bu xəbər 05 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















