Azərbaycan millisi FİFA nın reytinqində 3 pillə gerilədi
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Azərbaycan milli komandasının Millətlər Liqasının yeni mövsümündəki çıxışı təkcə onun qrup mövqeyinə deyil, həm də dünya reytinqinə təsir göstərib.
Fanat.Az-ın məlumatına görə, sentyabr-oktyabr ayları arasında 2 oyundan sonra milli komanda 3 pillə geriləyərək FIFA-nın canlı reytinqində 128-ci yerdədir.
Azərbaycanın hazırda 1132.41 reytinq xalı var. Beləliklə, qrupdakı 2 oyun komandaya -5,46 xala başa gəlib. Canlı reytinqdə Azərbaycan Kipr və Malavinin arasındadır.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda ilk matçını sentyabrın 27-də keçirdi. Litva ilə səfər matçı 1:1 hesablı heç-heçə ilə başa çatdı və Azərbaycanı -1,10 xal geri saldı.
Üç gün sonra Bakıda Lixtenşteynlə 0:0 hesablı məğlubiyyətə bərabər heç-heçə isə komandaya daha -4,36 xala başa gəldi.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında növbəti oyununu bu gün Bakıda Litvaya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 Oktyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















