Icma.az
close
up
RU
Azərbaycan millisi Heydər Əliyev Kuboku nun qalibi olub 35 medal/FOTO

Azərbaycan millisi Heydər Əliyev Kuboku nun qalibi olub 35 medal/FOTO

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb.

Altı gün davam edən yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Bu gün baş tutan final döyüşlərini Azərbaycan Boks Federasiyasının rəsmiləri, Olimpiya və dünya çempionatının mükafatçıları, müxtəlif federasiyaların rəsmiləri izləyiblər. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər.

Azərbaycan millisi turniri 35 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Əli Ruşanov (44 kq), Əli Əliyev (48 kq), Şahin Aslanov (60 kq) və Səftər Məmmədzadə (+80 kq) çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Həsən Sərhədli (44 kq) ilə İbrahim Bədəlli (54 kq) ikinci yerlə kifayətləniblər.

Digər boksçularımızdan Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov və Hüseyn Vahabov (hər ikisi 75 kq) bürünc mükafat qazanıblar.

İlkin Ağayevin rəhbərlik etdiyi qızlardan ibarət yığmamız heyətində Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq) və Fidan Bəkərova (66 kq) birinci yeri tutublar. Nurgül Ocaqova (46 kq), Ayan Novruzlu (48 kq), Sima İsmayılova (50 kq), Zəhra Məmmədova (52 kq), Aynur İsmayılova (60 kq), Qızbəs Yusubova (70 kq) gümüş, Fatimə Əliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) bürünc medala yiyələniblər.

Beləliklə, Azərbaycan yığması turniri 9 qızıl, 8 gümüş və 18 bürünc medalla bitirib.

Yarışda komanda hesabında millimiz birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pilləyə Rusiya (6-2-2) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan (2-4-5) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Səftər Məmmədzadə (Azərbaycan) layiq görülüb. Elif Yıldırım (Türkiyə) isə ən yaxşı hakim seçilib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 May 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri