Azərbaycan millisi İslandiyaya qarşı Yenilənir
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxacaq.
QOL.az xəbər verir ki, Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşacaq. "Neftçi Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Komandamızın üzvlərindən Elvin Cəfərquliyev sözügedən görüşdə iştirak etməyəcək. O, yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb. Həmçinin kapitan Emin Mahmudovun da oyunu buraxması ehtimalı var.
Azərbaycan millisi Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə - sentyabrın 5-də İslandiya yığmasına səfərdə 0:5 hesabı ilə uduzmuşdu.
Millimiz daha əvvəl qrupakı oyunlarında Ukrayna ilə 1:1 hesablı heçheçə edib, bu rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.
Qrupun digər matçında Fransa Ukrayna ilə üz-üzə gələcək (saat 23:45).
Hazırda D qrupunun turnir cədvəlində Fransa 10 xalla liderdir. Ukrayna 7 xalla 2-ci, İslandiya 4 xalla 3-cüdür. Aktivində 1 xal olan Azərbaycan yığması isə 4-cü - sonuncu pillədə qərarlaşır.
Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək.
DÇ-2026, seçmə mərhələ, 5-ci tur
13 noyabr
D qrupu
21:00. Azərbaycan - İslandiya
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)
VAR: Momçilo Markoviç (Serbiya)
AVAR: Aleksandar Jivkoviç (Sebiya)
"Neftçi Arena"
23:45. Fransa - Ukrayna
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Noyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















