Azərbaycan millisi Şimali Makedoniya matçı öncəsi son məşqini keçirib VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniya ilə oyun öncəsi son hazırlıqlarını tamamlayıb.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi “Liv Bona Dea Arena”da baş tutub və məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Baş məşqçi Siyasət Əsgərovun rəhbərliyi altında keçirilən məşq zamanı futbolçular müxtəlif taktiki və fiziki terminləri icra ediblər.
Yığma sabahkı qarşılaşmaya tam heyətlə çıxa bilməyəcək. Komandanın aparıcı üzvlərindən Esra Maniya, Diana Məmmədova və Alina Dorofeyeva müxtəlif səbəblərdən komandaya qoşula bilməyiblər.
Qeyd edək ki, Azərbaycan - Şimali Makedoniya görüşü sabah “Dalğa Arena”da saat 15:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:AÇ: Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşır
15 İyul 2026 13:59
Bu gün Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşacaq
03 Mart 2026 09:51
Azərbaycan Şimali Makedoniya münasibətləri inkişaf mərhələsində...
11 Mart 2025 18:33
Seçmə mərhələ: Azərbaycan millisi bu gün Şimali Makedoniya ilə qarşılaşacaq
29 Noyabr 2025 10:18
Azərbaycan lideri Şimali Makedoniya Prezidenti ilə görüşüb
14 Noyabr 2024 12:25
Baxış sayı:127
Bu xəbər 02 Mart 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















