Azərbaycan millisi Türkiyədə yoxlama oyunları keçirəcək
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının son mərhələsini Türkiyənin Ankara şəhərində keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb.
Bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.
Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.
Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6–7 iyunda İsveçdə keçirəcək. Yığmanın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.
Bu mövzuda digər xəbərlər:Azərbaycan klubları Türkiyədə yoxlama oyunları keçirəcək
12 Yanvar 2026 16:28
Azərbaycan millisi təlim məşq toplanışında yoxlama oyunları keçirəcək
22 Yanvar 2025 16:01
Azərbaycan basketbol millisi Serbiya klubları ilə yoxlama oyunları keçirəcək
19 Noyabr 2026 15:30
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
30 Yanvar 2025 18:03
Yoxlama oyunları keçirəcək Azərbaycan millisinin heyəti AÇIQLANDI
05 May 2025 20:17
Baxış sayı:126
Bu xəbər 01 İyun 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















