Azərbaycan millisində çıxış etməsinə icazə vermədilər
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Buzüstü fiqurlu konkisürən Veronika Jilina Azərbaycan yığmasında çıxış edə bilməyəcək.
QOL.az TASS agenliyinə istinadən xəbər verir ki, Rusiya Buzüstü Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi bu keçidi təsdiqləməyib.
Federasiyasının rəhbəri Anton Sixarulidze deyib: “Veronika Jilina heç bir ölkənin yığma konandasına keçə bilməz. Çünki hazırda o, hələ də Rusiya milli komandasının üzvüdür. Onun niyə bizdə çıxış etmədiyini tam başa düşmürük. Biz onu gözləyirik. O, əla formadadır. Buna görə də mən Veronika Jilinaya komandamızda çıxış etməyi tövsiyə edərdim. Onun böyük şansları var və o, çox istedadlı idmançıdır”.
Xatırladaq ki, daha əvvəl həmin mənbə 17 yaşlı idmançının növbəti mövsümdən Azərbaycan üçün çıxış edəcəyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















