Icma.az
close
up
RU
“Azərbaycan millisində keyfiyyətli oyunçular oynayır” Didye Deşam İdmanXəbər

“Azərbaycan millisində keyfiyyətli oyunçular oynayır” Didye Deşam İdmanXəbər

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Burada məqsədimiz işimizi görmək idi. Birinci hissə çətin oldu. Azərbaycan çox aqressiv davranırdı. Sonda qalib gəldik. Oyunçularla danışdım. Bundan sonrakı matçlara da hazırıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Fransanın baş məşqçisi Didye Deşam Azərbaycan oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

– Akliuşun performansı haqda nə fikirləşirsiz?

– Özünə qapanmış biri olsa da, meydana çıxanda irəliləyişlər var. Daha da yaxşı olacaq. Bundan sonra da ondan gözləntilərimiz böyükdür.

– Ekitike və Mateta haqda fikriniz necədir?

– Oyunun gedişində fürsətlər yaranırdı. Onlar da istifadə etməyə çalışırdı. Ümumilikdə oyun yaxşı keçdi. Matetanın qol vurması özü üçün yaxşıdır. Gənc olsa da, özünü yaxşı ifadə edə bilir.

– Matçdan əvvəl görüşün ilk 5 dəqiqəsi bu cür keçəcəyini desəydilər, inanardınız?

– Heç vaxt oyunlara başlayanda belə düşünmürəm. Oyun 90 dəqiqə olur. Təəssüf ki, aqressiv və dinamik komanda ilə qarşılaşdıq. Rəqib qol vurdu, amma sonra vəziyyəti dəyişə bildik. Biz də xoşbəxtlikdən əlimizdən gələni etdik və qələbə qazandıq.

– Turam atası kimi nə qədər qol vura bilər?

– Qol vursaydı, yaxşı olardı. İstedadlıdır. Qol vursaydı, özünəinamı da artardı. Amma belə olmadı.

– 30 il əvvəl futbolçu kimi oynadığınız Azərbaycan millisi və bugünkü Azərbaycan millisini necə müqayisə edərdiz?

– Bütün matçları dəqiqliyi ilə xatırlamıram. Amma bütün dövlətlərin komandalarına hörmətlə yanaşıram. Bugünkü gündə balaca ölkələr də öz üzərində çox işləyirlər. Amma həmişə matçlarda uğur olmur. Lakin işlər gedir. “Qarabağ”ı misal çəkək. Onlar Çempionlar Liqasında oynayırlar, hətta xallar da toplayırlar. Mən rəqibdən asılı olmayaraq, hamıya hörmətlə yanaşıram. Fərq qoymuram. 

– Bakı və Azərbaycan haqda fikriniz necədir?

– Fransa buradan uzaqdır. Bakıda əla zaman keçirdik. Stadionda iynə atsaz, yerə düşməzdi. İnsanların coşqusunu hiss etdik. Azərbaycan millisində də əvvəlki ilə müqayisədə irəliləyiş var. Komandada keyfiyyətli oyunçular oynayır. Bunu Ukrayna ilə görüşdə də gördük.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 16 Noyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri