Icma.az
close
up
RU
“Azərbaycan millisində qruplaşma var!” Adlar çəkildi, Video

“Azərbaycan millisində qruplaşma var!” Adlar çəkildi, Video

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

İctimai Televiziyanın “OffTOP” layihəsin qonağı olan "Qarabağ"ın və Azərbaycan millisinin sabiq üzvü Maksim Medvedev maraqlı açıqlamalar verib.

QOL.az xəbər verir ki, keçmiş müdafiəçi əvvəlcə özü milli komandada çıxış etdiyi dövrdən danışıb. O qeyd edib ki, millidə baş verənlər çox tez bir zamanda mətbuata sızdırılırdı:

 "Bizə premya verəndə tapşırırdılar ki, bunu mətbuata çıxarmayın. Amma biz iclasdan ayrılan kimi görürdük ki, bütün saytlar bu haqda yazıb. Məsələn, bizə deyirdilər ki, bu oyunda qalib gəlsəniz, mükafatınız bu qədər olacaq. Gedib saytlara baxırdıq ki, artıq mükafatın məbləğini də yazıblar. Çoxları deyirdi ki, futbolçular bu məlumatları yayır. Amma mənə elə gəlir ki, futbolçulardan əvvəl bunu bilənlər olub. Stolun altına səsyazan qoyublar, yoxsa nə ediblər, bilmirəm".

Medvedev bildirib ki, milli komandada nəticələrə görə bonuslar vacib deyil: "Əslində oyundan əvvəl mükafat haqda danışmaq düzgün deyil. Bunlar futbolçunun fikrini yayındırır. Onsuz da klubda hamı yaxşı qazanır. Ona görə də belə şeylər lazım deyil, çıxıb oyun oynamaq lazımdır". 

M.Medvedev onu da deyib ki, əvvəllər də milli komandada qruplaşmalar olub, indi də var:  “Milli komandada hər dövrdə qruplaşmalar olub. Bu əvvəllər də belə idi. Biz oynadığımız vaxtlarda komandada çıxış edən ukraynalılar - Levin-Axtyamov və başqa qruplaşmalar var idi. İndi də elədir. Baxırsan ki, Renat Dadaşovun, Bədavi Hüseynovun, Ramil Şeydayevin qrupu var. Bunlar olmamalıdır. Ola bilər ki, bizim eyni mövzularda marağımız var və buna görə bir yerdə söhbət edirik. Bu, problem deyil. Amma indi yeməkxanada 4-5 nəfərlik qruplaşma halında otururlar. Komanda bir-biri ilə söhbət etmir. Təbii ki, bu, meydanda da hiss olunacaq. Hərə özünü fikirləşir. Həmişə belə şeylər olub".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri