Azərbaycan millisinin almaniyalı sabiq baş məşqçisi Bakıya gəlir SƏBƏB
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a 63 yaşlı mütəxəssis özü məlumat verib.
O, "Qarabağ" və Almaniyanın "Ayntraxt Frankfurt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu üçün ölkəmizə səfər edəcəyini söyləyib:
"Ayntraxt" klubu ilə Azərbaycana gələcəyəm. Məni bu matça dəvət ediblər".
Xatırladaq ki, Bernard Lippert 2009-2014-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb. Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-2020), U-21 yığmamızın baş məşqçisi (2009-2014) vəzifələrini tutub. Onun son iş yeri Qana millisi olub. 2020-ci ildən 2023-cü ilin oktyabrına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib.
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Yanvar 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















