Azərbaycan millisinin baş məşqçisi: Monteneqroya qələbə istəyi ilə gəlmişik
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 7 aprel, AZƏRTAC
“Sabah çox önəmli oyuna çıxacağıq. Üç gün əvvəl Litva yığması üzərində qazandığımız səfər qələbəsi komandamıza özünəinam verdi. Bu da qarşıdakı görüşə daha yaxşı hazırlaşmaq baxımından vacib idi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində Monteneqro yığmasına qarşı keçiriləcək səfər oyunundan öncə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bildirib: “Vaxt az olduğu üçün tez bir zamanda Litva ilə matçı unudub, Monteneqro ilə görüşə köklənməli idik. Sabahkı oyundan sonra qrupda hansı mövqeni tutacağımız müəyyənləşə bilər. Buraya qələbə istəyi ilə gəlmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Düşünürəm ki, minimum səhv edən tərəf istəyinə çatacaq. Nəzərə alaq ki, bu “pəncərə”də biz ikinci oyunumuza çıxacağıq və hər ikisi səfər qarşılaşmasıdır. Monteneqro isə bir matçla kifayətlənəcək. Yorğunluq olsa da, buradan istədiyimiz nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, aprelin 8-də Nikşiç şəhər stadionunda keçiriləcək Montenqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Baxış sayı:144
Bu xəbər 07 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















