Azərbaycan millisinin futbolçusu İrana qayıda bilməyib
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Müharibə tezliklə dayansa, karyeramı İranda davam etdirəcəyəm".
Oxu.Az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının iranlı futbolçusu Höccət Haqverdi deyib.
Bu yaxınlarda"Neftçi"dən ayrılan 32 yaşlı müdafiəçi bildirib ki, İsraillə müharibənin başlaması onun transferini yubadıb: "Özüm İranda deyiləm. Hələ nə olacağını gözləyirəm. İranda müqavilə imzalamağı planlaşdırırdım, amma indi hər şey dəyişib. Bəlkə də başqa yerdə olacaq".
Haqverdi müharibədə yaxınlarının heç bir ziyan görmədiyini bildirib: "İranda çoxlu qohumum var. Şükür Allaha, hamısı təhlükəsiz şəraitdədir. Qardaşım da İrandadır, onun da, həmçinin təhlükəsi yoxdur. Döyüş zonaları əsasən hərbi hissələrin yaxınlığında olur. Ona görə insanlar da təhlükəsizlik şəraitindədirlər".
Təcrübəli oyunçu müharibə barədə danışmaq istəmədiyini də əlavə edib.
Qeyd edək ki, Höccət Haqverdi əslən Məşhəd şəhərindəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 İyun 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















