Icma.az
close
up
RU
Azərbaycan millisinin futbolçusu: Qrup birincisi biz olacağıq

Azərbaycan millisinin futbolçusu: Qrup birincisi biz olacağıq

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Düşünürəm ki, çox yaxşı çıxış etdik”.

Bunu İdman.biz-ə qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.

Yığmamızın kapitanı UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Monteneqro ilə oyun (1:1) haqqında fikirlərini bölüşüb: “Ümumən baxanda son iki oyunda çox yaxşı çıxış etmişik. Bir qələbə, bir heç-heçə. Hər ikisi də səfər oyunu olub. Litvada qələbə qazanmaq üçün hər şeyi etdik. Məlum məsələdir ki, orada bəlli bir güc itirmişdik. Bundan sonra iki təyyarə dəyişib Monteneqroya gəldik. Bərpa üçün cəmi iki günümüz vardı. Buna baxmayaraq, Monteneqroda da əzmkar mübarizə apardıq. Lakin qələbəni son anda əldən verməyimiz məni çox üzdü. Bu oyunda qazanacağımız üç xal bəlkə də qrupdakı taleyimizi həll edəcəkdi. Artıq hər şey son tura qaldı”.

Cəfərzadə komandanın Monteneqro ilə görüşə müəyyən itkilərlə çıxdığını vurğulayıb: “Komandanın əzmkarlığı göz qabağındadır. Bunu heç kim dana bilməz. Əlimizdən gələn hər şeyi etdik ki, qələbə qazanaq. Ancaq sadaladığım faktorların da gedişata böyük təsiri oldu. Qol epizodunda da görünən odur ki, Monteneqronun futbolçusu topu əli ilə qəbul etmişdi, daha sonra top bizim futbolçunun əlinə dəydi. Bəxtsizlik, yaxud hakim səhvi - bilmirəm, bunu necə şərh edim. Ancaq bu futboldur, belə şeylər olur. Bundan sonra əsas olan odur ki, Bakıda Litva üzərində böyükhesablı qələbə qazanaq. Ümid edirəm ki, qrup birincisi biz olacağıq. Oyuna bir aydan bir az artıq vaxt var. Çalışacağıq ki, əlimizə, ayağımıza düşən şanslardan maksimum yararlanaq. Komandamla fəxr edirəm. Ölkəmizin adını yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, C liqası 4-cü qrupunun son səfər görüşündə Monteneqro ilə qarşılaşan millimiz qələbəni son anda əldə verib. 54-cü dəqiqədə Manə Mollayeva hesabı açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurub.
Millimiz son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri