Azərbaycan millisinin görüşünə təyinat almış hakim dörd dəfə Qarabağın oyununu idarə edib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Divizionunda Estoniya yığması ilə keçirəcəyi V tur oyununun hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Con Biton olacaq. Bu referi daha əvvəl 4 dəfə "Qarabağ"ın avrokubok oyunlarını, bir dəfə Azərbaycanın U-19, bir dəfə isə U-21 yığmasının oyunlarına təyinat alıb. O, sonuncu dəfə Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda "Ayaks"a 0:3 hesabı ilə uduzduğu matçda iş başında olub. 42 yaşlı referi həmin qarşılaşmada "Qarabağ"ın iki futbolçusuna - Julio Romao ilə Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 13 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















