Azərbaycan millisinin müdafiəçisinin zədəsi ciddidir iki ay oynamayacaq
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun Polşanın Krakov şəhərində Ukrayna ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi matçından əvvəl aldığı zədənin ciddi olduğu ortaya çıxıb.
Sportal.az xəbər verir ki, “Araz-Naxçıvan”ın təcrübəli müdafiəçisi təxminən iki aya yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir.
Bununla belə, Məmmədovun bu il meydana çıxa bilməməsi riski də var.
Qeyd edək ki, Rahil DÇ-2026-nın seçmə mərhələsinin Parisdə Fransaya qarşı keçirilmiş görüşündə sonradan meydana çıxmışdı.
saytlarin hazirlanmasi
