Azərbaycan millisinin potensialı yüksəkdir, ümidvaram ki, Santuş bir yol tapacaq
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandasının sabiq üzvü Məhəmməd Mirzəbəyov Sportal.az saytına açıqlama verib.
Vaxtı ilə yığma komandamızın aparıcı üzvlərindən olmuş Mirzəbəyov A millinin hazırkı durumundan və DÇ-2026-dakı şanslarından danışıb.
Onun sözlərinə görə, millimiz perspektivlidir və sadəcə Fernandu Santuş çıxış yolu tapmalıdır:
"Təəssüf ki, millimiz Mİllətlər Liqasında D divizionuna düşdü. Bəzən uşaqlar çox yaxşı oynayırdılar. Düzünü desəm, mümkün qədər yuxarı pillələrə qalxacağımızı düşünürdüm. Amma təəssüf ki, alınmadı. Bunun səbəbini söyləmək çətindir, çünki mən orada yoxam. Millimizin DÇ-2026-da qrupdakı rəqibləri ilə də tanışam. Xorvatiya ilə iki dəfə heç-heçə oynamışdıq. Bu dəfə də hər şey mümkündür. Azərbaycan millisinin potensialı yüksəkdir. Ümidvaram ki, millimizin uğurlu nəticələr qazanması üçün baş məşqçi bir yol tapacaq. Biz isə millimizin, qardaşlarımıza azarkeşlik edəcəyik. Rəqibin kimliyindən, harada oynamaqlarından asılı olmayaraq Azərbaycanın qalib gəlməsini istəyirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Yanvar 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















