Icma.az
close
up
RU
Azərbaycan Monteneqro: əməkdaşlığın yeni istiqamətləri

Azərbaycan Monteneqro: əməkdaşlığın yeni istiqamətləri

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tərəflər qarşılıqlı iqtisadi-ticari və investisiya mübadilələrini artırmaq niyyətindədir

Azərbaycan və Monteneqro arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.

Bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli münasibətlərin daha da artırılması və əməkdaşlığın yeni istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Monteneqro Hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayev bildirib ki, dövlətlərarası münasibətləri dostluq, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır. 2013-cü ildə Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfəri zamanı imzalanmış Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələri möhkəm təməl üzərində inkişaf etdirib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləyib. Son illərdə imzalanmış mühüm sənədlər müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.

İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya faydalı platformaya çevrilib

Sahil Babayev vurğulayıb ki, Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin inkişafında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın rolu mühüm əhəmiyyət kəsb edir, bu təsisat siyasi iradənin konkret iqtisadi nəticələrə çevrilməsində mühüm platformadır. Azərbaycanın Balkan regionu ilə sıx iqtisadi-ticari mübadilələrinin artması Monteneqro ilə də qarşılıqlı dövriyyələrin artmasına öz müsbət təsirini göstərib, son illərdə əmtəə dövriyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilər real potensialı əks etdirmir və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmir. Əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanları səfərbər etmək vacibdir. Ümumilikdə, hər iki ölkə qarşılıqlı əlaqələri daha da irəliyə aparmaq, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək və birgə layihələrin icrasını təşviq etmək üçün iradəyə malikdir və bu dayanıqlı potensialdan istifadə etmək niyyətini gizlətmir. Ervin İbrahimoviçin qeyd etdiyi kimi enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açır.

Monteneqro Pan-Avropa enerji ailəsinə qoşulmaq istəyir

Monteneqro Baş nazirinin müavini Ervin İbrahimoviç bildirib ki, 2026-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan Birgə Komissiyanın növbəti iclasının gündəliyi ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığa dair geniş məsələləri əhatə edəcək. Eyni zamanda, ticarət və investisiya sahəsində təmasları artırmaq üçün yaxşı imkanlar var, eləcə də Monteneqro şirkətləri Azərbaycanda sənaye zonaları və digər prioritet sahələrdə investisiya imkanlarından yararlanmaq niyyətindədir. Həmçinin enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensial mövcuddur.

Ervin İbrahimoviç Azərbaycan enerji resurslarının nəqli sahəsində lider dövlət kimi mövqeyini təqdir edərək Montenoqronun da enerji təchizatında təminatçı ola biləcəyini istisna etməyib. Vurğulanıb ki, Monteneqro enerji resurslarının Avropaya nəqli baxımından əlverişli coğrafi mövqeyə malikdir. Bu baxımdan Azərbaycandan Avropanın Qərb hissəsinə çəklişi planlaşdırılan İon-Adriatik qaz kəməri strateji enerji xətti kimi körpü rolunu oyanaya bilər.

Azərbaycan-Monteneqro “yaşıl enerji” birliyi qurula bilər

Monteneqro ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələrinin tədarükündə də maraqlı tərəf kimi fəallıq nümayiş etdirir. Rəsmi Podqoritsa dəfərlərlə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsinə xüsusi maraq göstərdiklərini və həmin dəhliz vasitəsilə nəql olunacaq Azərbaycanın “yaşıl enerji” ehtiyatlarının  əldə edilməsinə maraqlarını ifadə edib. Bu əməkdaşlıq Azərbaycanın bərpaolunan enerji resurslarını tədarük etməklə yanaşı, Monteneqronun enerji təchizatının şaxələnməsi və təmiz enerjiyə keçidinə, “yaşıl iqtisadiyyat” quruculuğuna töhfə verəcək. Eyni zamanda, Azərbaycan bu ölkənin hidroenerji infrastrukturunun müasirləşdirilməsi və yaşıl sektorun şaxələnməsində fəal sərmayəçi kimi Balkan bölgəsində yeni enerji klubu yaratmağı hədəfləyir. Bu ölkədə bərpaolunan enerji mənbələri sahəsində böyük imkana malikdir və 200-dən çox günəşli gün və böyük hidroresurs potensialı var. Bu isə Azərbaycan-Monteneqro-Balkan “yaşıl enerji” alyansının qurulması üçün əla fürsət yaradır.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri